Icma.az
close
up
RU
Rafinya “Barselona”nı dirçəldir: geri dönüşlərin memarı yenidən səhnədə VİDEO

Rafinya “Barselona”nı dirçəldir: geri dönüşlərin memarı yenidən səhnədə VİDEO

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Rafinya komandanın mentalitetini dəyişərək geri dönüşlərin yenidən əsas gücə çevrilməsinə səbəb olub.

İdman.Biz xəbər verir ki, katalonlar son iki çətin qarşılaşmada ardıcıl geridönüşləri məhz Rafinya-Pedri tandemi ilə reallaşdırıb. Mövsümün əvvəlində PSJ, “Real Madrid” və “Çelsi” ilə oynanan ağır matçlarda Hansi Flikin komandası çətinlik çəkirdisə, indi rəqabətcil dominant oyun geri qayıdıb.

İki aylıq zədədən qayıdan Rafinya meydanda pressinqi canlandırıb, hücumların ritmini sürətləndirib və komandanın itirmiş ruhunu bərpa edib. Onun meydanda davamlı təzyiqi, Dani Olmo ilə presinq epizodlarında tələbkarlığı Flikin ən çox əskikliyini hiss etdiyi məqam idi.

“Alaves”lə matçda qolu olmasa da, Pedriyə həlledici ötürmə verib və Lamin Yamalın qol epizodunda müəyyənedici rol oynayıb. “Barselona” bu mövsüm beş oyunda hesabı çevirib və onların dördü Rafinya meydanda olarkən baş verib.

Son bir ayda Xabi Alonsonun çalışdırdığı “Real Madrid” ardıcıl xal itkiləri ilə ritmini itirərkən, Flikin kollektivi beş xaldan geri gələrək liderliyə yüksəlib. Flikin ötən mövsüm “qara noyabr” adlandırdığı dövr bu dəfə madridlilər üçün kabusa çevrilib.

“Atletiko”ya qarşı alınan 3:1 hesablı prestij qələbəsi komandanın yalnız nəticəsini deyil, psixoloji dönüşünü də təsdiqlədi. “Alaves” matçında Flik ilə köməkçisi Markus Sorq arasında yaşanan gərginlikdən sonra Rafinyanın məşqçini sakitləşdirməsi böyük rezonans yaratmışdı. Rafinya Flikə, “Biz inkişaf edəcəyik. Qarşıdakı oyunlarda çox daha yaxşı olacağıq”, - deyə bildirmişdi. Üç gün sonra verilən söz tutuldu: texniki heyətdə gərginliyin yerini gülümsəmə aldı.

Qeyd edək ki, Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone də dünən keçirilən oyundan sonra Rafinyanı tərifləyib: “Rafinya inanılmaz oyunçudur. İstənilən mövqedə oynaya bilər. Cinah yarımmüdafiəçisi, yarımmüdafiəçi, hücumçu və ya müdafiəçi kimi. Qol vura, qol şansları yarada, presinq edə və sürətli qaça bilər. Hələ də onun "Qızıl top"u necə qazanmadığını başa düşmürəm. Şəxsən mən həmişə onu seçərdim".

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Dekabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri