ABŞ səfirliyi işçi axtarır Maaş bu qədərdir
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi vəzifəsi üzrə işçi axtarır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında elan yerləşdirilib.
Qeyd olunub ki, MXM nümayəndəsi səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək. Həmçinin müraciətləri müvafiq şöbələrə yönləndirəcək, səfirlik icmasına keyfiyyətli və operativ xidmət göstərilməsinə kömək edəcək.
Vakansiya üzrə qoyulan tələblərə gəlincə isə, namizəd ən azı iki il universitet təhsili almış olmalı, 6 aydan az olmamaq şərtilə inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi olmalıdır.
Eyni zamanda namizəddən ingilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində bilik tələb olunur.
Qeyd edək ki, vakansiya üzrə təklif olunan əməkhaqqı məbləği illik 23,575 dollar (təxminən 40 min manat) nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 17 Avqust 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















