ABŞ səfirliyinin Tbilisidə partlayış təhlükəsi ilə bağlı mesajının yalan olduğu ortaya çıxdı
Dogru.az saytına istinadən Icma.az xəbər verir.
Amerika səfirliyinin Tbilisidə üç ticarət mərkəzində terror aktları ilə bağlı xəbərdarlığının yalan olduğu üzə çıxıb.
ABŞ-ın Gürcüstandakı diplomatik nümayəndəliyi vətəndaşlara East Point, Galleria Tbilisi və Tbilisi Mall ticarət mərkəzlərində bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edib . Daha sonra Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) müvafiq bölmələrin “daha bir yalan məlumat” üzərində işlədiyini bildirdi.
Ambebi.ge Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatından sitat gətirir: “Biz Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini təhlükəsizlik xidmətlərinin fəaliyyətinə hörmətlə yanaşmağa… və müvafiq qurumlarla razılaşdırılmamış bəyanatlar yaymaqdan çəkinməyə çağırırıq”.
Bundan əvvəl Gürcüstandan olan muzdlu Rusiyada terror aktlarına görə qiyabi olaraq 25 il müddətinə azadlıqdan məhrum edilib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 May 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















