Icma.az
close
up
RU
Kamal Quliyev: “İkinci kurs müalicə üçün hazırlaşıram”

Kamal Quliyev: “İkinci kurs müalicə üçün hazırlaşıram”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Kamal Quliyev hazırda davam edən müalicə prosesi, ona göstərilən dəstək və futbol ictimaiyyətindən gözləntiləri ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, Kamal Quliyev “Apasport”a hazırda müalicəsinin davam etdiyini bildirib.

“Müalicəm davam edir. Birinci mərhələni tamamladıq. İndi ikinci kurs müalicə üçün hazırlaşıram”, - o deyib.

Sabiq futbolçu indiyədək ona dəstək olan şəxslərə minnətdarlığını ifadə edib: “Neftçi” rəhbərliyinə təşəkkürümü bildirirəm. İlk müalicəyə çox böyük dəstək verdilər. Daha sonra Qurban Qurbanova təşəkkür edirəm. Allah onun balalarını xoşbəxt etsin. “Sumqayıt” komandasına, klubun prezidenti Riad Rəfiyevə, o vaxt mənlə futbol oynayan uşaqlara minnətdaram. Onlar imkanı çatan qədər mənə dəstək olublar. Hamısının adlarını saymasam da, özləri bilirlər. Onlara təşəkkür edirəm. Adlarını çəkdiyim adamlar mən müraciət etmədən mənə dəstək olublar”.

Maddi məsələlərə də toxunan sabiq milli üzvü bildirib ki, müalicə ciddi xərc tələb edir: “Müalicədən sonra məbləğ açıqlanacaq. Bu müalicələrin hamısı yüksək vəsait, xərc tələb edir. Hər şey qan qiymətinədir”.

O, AFFA ilə də əlaqə saxladığını qeyd edib: “Federasiya ilə danışmışdıq, o vaxt xəstəxanada müalicə alırdım. Görüşmək mümkün olmadı. AFFA-ya çağırmışdılar, danışdıq ki, bayramdan sonra görüşək. İnşallah, sabah və ya birigün görüşə gedəcəm”.

Kamal Quliyev çıxış etdiyi klublardan “Karvan”ın ona dəstək olmadığını söyləyib: “Oynadığım və şərəfini qoruduğum klublardan yalnız “Karvan” qalıb. Sağ olsun, Kənan Kərimov öz şəxsi vəsaiti ilə mənə dayaq olub, kömək göstərib. İnşallah, Kənan müəllimlə danışmışam, klub rəhbərləri ilə də görüş olacaq. Çünki rəhbərlik hazırda orada deyil. Ümid edirəm ki, onlar da öz dəstəklərini göstərəcəklər. Mən “Karvan” klubunun yaradıcılarından biri olmuşam. Klub rəhbərliyi ilə aramızda hər zaman çox xoş münasibətlər olub. Həmin insanlar daim ehtiyacı olanlara əl tutublar, xeyirxah insanlardır. Vallah açığı, digər klublara müraciət etməmişəm. İnanın, nəsə istəyəndə xəcalət çəkirəm. Utanıram”.

Sonda sabiq futbolçu komanda yoldaşları üçün darıxdığını və onlarla görüşmək istədiyini vurğulayıb: “Rəşad Sadıqovu görmək istəyirəm. Onun o qədər gözəl söhbətləri var ki, insan qulaq asdıqca doymur. Həm də çoxdandır görmürəm. Zaur Tağızadəni də görmək istərdim, Elçin Rəhmanovu da. Çox darıxıram, çox sıxılıram. Digər komanda yoldaşlarımla danışırıq - Vüqarla, İlhamla, Zaurla, Ariflə, Ramizlə, Kənanla, Vitaliklə və digərləri ilə əlaqədəyik. Amma bəzilərini çoxdandır görmürəm”.

Qeyd edək ki, Kamal Quliyev qara ciyər sirrozundan əziyyət çəkir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Yanvar 2026 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri