ABŞ Senatında yeni dinləmələr: Baydenin əvəzinə sənədlərə kim imza atıb?
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Senatı keçmiş prezident Co Baydenin koqnitiv sağlamlığının vəziyyəti ilə bağlı dinləmələrə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.
Qeyd olunur ki, birinci sessiyada "Heritage Foundation" analitik mərkəzinin hüquq və texnologiya siyasəti üzrə elmi işçisi Teodor Uold, ABŞ Prezidenti Donald Trampın keçmiş mətbuat katibi Şon Spayser və Virciniya Universitetinin hüquq professoru Con Harrison çıxış ediblər.
Uoldun sözlərinə görə, Bayden administrasiyası avtoimzadan ("autopen") istifadə edib. Bununla da əfv, cəzaların yüngülləşdirilməsi, icra sərəncamları, prezident proklamasiyaları ilə bağlı sənədlər imzalanıb.
"Araşdırmaya görə, Bayden administrasiyası artıq vəzifəsinin beşinci günündə ilk dəfə olaraq avtoimzadan istifadə edib - prezident bəyannamələrindən birini imzalamaq üçün", - deyə Uold bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 19 İyun 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















