ABŞ Suriyadakı gizli nüvə obyekti ilə bağlı razılaşma əldə edib “Axios“
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ administrasiyası və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Suriyada saxlanılan nüvə materiallarının ölkədən çıxarılması ilə bağlı Dəməşq və İsraillə razılığa gəlib.
Moderator.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Razılaşmaya əsasən, BAEA Suriyanın “99-cu Sahə” kimi tanınan gizli obyektindən nüvə materiallarını çıxaracaq. Obyekt vaxtilə Əl-Kibar nüvə reaktoru layihəsi ilə əlaqələndirilib və burada uran filizi tozunun saxlanıldığı bildirilir.
Məlumata görə, ABŞ və BAEA materialların təhlükəsizliyini təmin etməyə və obyekt ətrafında İsrail, Suriya və Türkiyə arasında mümkün gərginliyin qarşısını almağa çalışıb.
Danışıqlar bir neçə ay davam edib və razılaşma bir neçə həftə əvvəl əldə olunub. Proses ABŞ və Suriya arasında yeni diplomatik münasibətlər fonunda məxfi şəkildə aparılıb.
Xatırladaq ki, Bəşər Əsəd rejiminin gizli nüvə proqramının əsas obyektlərindən biri Əl-Kibar reaktoru olub. İsrail 2007-ci ildə reaktoru bombalayıb və Suriyanın nüvə proqramına ciddi zərbə vurub.
Əsəd rejiminin süqutundan sonra BAEA yeni Suriya hökuməti ilə razılaşaraq Əl-Kibar və nüvə proqramı ilə əlaqəli digər obyektlərdə yoxlamalar aparmağa başlayıb.
Ekspertlərin fikrincə, yeni Suriya hakimiyyəti Əsəd rejimindən qalan nüvə və kimyəvi silahlarla bağlı məsələləri həll etməklə ölkənin beynəlxalq mövqeyini gücləndirməyə çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 Avqust 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















