ABŞ tarixində ilk: hərbi edam canlı yayımlanacaq KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Müdafiə naziri Pit Hegseth cümə axşamı bildirdi ki, yaxın tarixdə ilk dəfə hərbçilər cinayətlərin törədildiyi bazada hərbi qulluqçuların güllələməsi ilə ictimai edam keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
2009-cu ildə Fort-Hudda 13 nəfəri öldürməkdə təqsirli bilinən ordu mayoru Nidal Malik Həsənin edamı dekabrın 3-nə təyin olunub. Ağ Ev onun cinayətlərini terror aktı adlandırıb. Pentaqon mərasimin canlı yayımlanacağını açıqlayıb.
ABŞ-da təxminən bir əsrdir ictimai edam keçirilməyib, hökumət tərəfindən onlayn yayımlanması isə presedentsiz addım olardı.
Hegseth “Real America’s Voice” kanalına müsahibəsində deyib: “Onu qaydasına uyğun güllələyəcəklər. İnsanların bunu görə bilməsini də təmin edəcəyik ki, bu hamıya məlum olsun. Çünki insanlar başa düşməlidir ki, belə əməllərə görə ağır nəticələr var.”
Həsənin prezident Donald Trampdan əfv istəyib-istəmədiyi soruşulanda Hegseth cavab verib: “Dekabrın 3-də onunla görüşəcəyik.”
Atışma zamanı ordunun tibb korpusunun psixiatrı olan Nidal Həsən 2013-cü ilin avqustunda hərbi məhkəməyə verilib, təqsirli bilinib və ölüm cəzasına məhkum edilib.
Hərbçilər tərəfindən son edam 1961-ci ildə həyata keçirilib: ordu əri Con Bennett zorlama və qətlə cəhdə görə asılıb. O edamlar məhdud sayda şahidin iştirakı ilə keçirilib və yayımlanmayıb.
Bu bəyanatlar Tennessidə uğursuz edam fonunda səslənib. 1996-cı ildə sinif yoldaşını işgəncə ilə öldürməkdə məhkum edilmiş Krista Payk sentyabrın 30-da ölümcül inyeksiyanın iki cəhdindən sağ çıxıb və əllərində toxuma yanıqları alıb.
Nidal Malik Həsən kimdir
Nidal Malik Həsən ABŞ ordusunun keçmiş mayoru və hərbi psixiatrdır. 2009-cu il noyabrın 5-də Fort-Hud bazasında hərbçilərin hazırlıq mərkəzində atəş açıb.
Hücum nəticəsində 13 nəfər həlak olub, daha 32 nəfər yaralanıb. Həsənin özü tutularkən yaralanıb və o vaxtdan əlil arabasında hərəkət edir.
Hücum zamanı Həsən Əfqanıstana göndərilməyə hazırlaşırdı. Məhkəmə prosesində o, Amerika hərbçilərinin müsəlman ölkələrindəki müharibələrdə iştirakına qarşı çıxdığını bildirmişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 09 Oktyabr 2026 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















