Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

ABŞ Tayvan məsələsini İrana görə arxa plana keçirə bilər AÇIQLAMA

ABŞ Tayvan məsələsini İrana görə arxa plana keçirə bilər AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampa Tayvan məsələsi ilə bağlı xəbərdarlıq edib.

Dövlət başçısı bildirib ki, Tayvan probleminin yanlış həlli iki ölkə arasında silahlı qarşıdurmaya səbəb ola bilər. O, vurğulayıb ki, ABŞ və Çin düzgün addımlar atacağı halda bölgədə sabitliyi qoruyub saxlamaq mümkündür. Si Cinpinin sözlərinə görə, yanlış siyasət münasibətləri təhlükəli vəziyyətə gətirə bilər.

Politoloq Asif Nərimanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Tayvan məsələsi hər zaman Amerika tərəfindən Çinə qarşı istifadə olunan bir vasitədir.

Onun fikrincə, Si Cinpinin xəbərdarlığı Amerikanın bu kartdan istifadə etməsindən imtina etməsinə səbəb olmayacaq:

"Sadəcə olaraq, mövcud geosiyasi vəziyyət nəzərə alınanda, Amerika Tayvan məsələsini bir qədər arxa plana keçirə bilər. Çünki ABŞ-nin əsas hədəfi İrandır və İranda müharibənin istənilən nəticə əldə edə bilməməsi Trampın Si Cinpin qarşısında əlini zəiflətdi. Tramp çox çalışırdı ki, İran məsələsini həll etdikdən sonra Çinə səfər etsin və daha güclü mövqedən çıxış etsin. Lakin əksinə baş verdi və indiki vəziyyətdə Amerika Tayvan məsələsini Pekinin İranla bağlı mövqeyinə təsir etmək üçün istifadə edə bilər. Amerika istəyir ki, Pekin, yəni Çin, İran məsələsində ən azı neytral mövqe sərgiləsin və ya Hörmüz boğazının açılması ilə bağlı məsələdə İrana təzyiq etsin".

Siyasi şərhçi hesab edir ki, ABŞ Tayvan məsələsini bir qədər təxirə sala bilər:

"Bu, Çin üçün imkan yarada bilər ki, Tayvan ətrafında daha çox qüvvələrini toplasın və məsələyə öz nəzarətini gücləndirsin. Lakin ümumilikdə Tayvan məsələsinin bununla bitəcəyini düşünmürəm. Si Cinpinin xəbərdarlığı göstərir ki, Pekin təkcə bunu qırmızı xətt kimi elan etmir, həm də bu məsələnin Amerika-Çin münasibətlərində həlledici məqam olduğunu vurğulayır. Bu, Çini uzaq coğrafiyalarda, o cümlədən İranda, Amerikanın maraqlarını nəzərə almağa məcbur edə bilər. Amerika başa düşür ki, Çin onun əsas rəqibidir və bu qədər böyük iqtisadiyyatı boğmaq mümkün deyil. Həmçinin, Amerika və Çin arasında qarşılıqlı iqtisadi asılılıq mövcuddur. Lakin Amerika çalışır ki, Çin Avrasiyada onun əsas güc olduğunu qəbul etsin və bir çox məsələdə onunla hesablaşsın. Bu, tərəfləri məsələləri toqquşma müstəvisindən uzlaşma müstəvisinə keçirməyə məcbur edir və bir-birinə güzəşt etməyə yönləndirir".

A.Nərimanlı qeyd etdi ki, tərəflər nə qədər istəməsələr də, maraqlar toqquşsa da, mövcud vəziyyət göstərir ki, ABŞ və Çin bir növ uzlaşmağa məcbur olublar:

"Trampın Çinə səfəri, Si Cinpinin onu yüksək səviyyədə qarşılaması və aparılan danışıqlar göstərir ki, Pekin və Vaşinqton hələlik toqquşmadan uzaqlaşmaq və bir-birinin maraqlarını nəzərə almaq məcburiyyətindədirlər. Digər tərəfdən isə tərəflər maraqların nəzarətdən çıxmasını istəmirlər, çünki bu, qarşıdurmanı şiddətləndirər və hər iki ölkəyə sərf etməz. Beləliklə, Tayvan məsələsi yaxın perspektivdə Amerika üçün bir qədər arxa plana keçə bilər, amma Amerika bu məsələni heç vaxt tamamilə kənara qoymayacaq. Çünki Tayvan Çinə qarşı ən güclü təsir vasitələrindən biridir və Amerika bundan zaman-zaman həm diplomatik, həm də təzyiq vasitəsi kimi istifadə edə bilər".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 May 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri