Polşadan elçi düşdülər, “Sabah”ın futbolçusu qapını bağladı!
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşanın "Katovitse" klubu "Sabah"ın futbolçusu Timoteuş Puxaçı heyətinə qatmaq istəyib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Ekstraklasa təmsilçisi 27 yaşlı cinah müdafiəçisi ilə əlaqə saxlayaraq transferlə bağlı niyyətini çatdırıb. Klub nümayəndələri vasitəsilə futbolçunun da fikrini öyrənib.
Lakin Puxaç təklifi rədd edib. Polşa millisinin üzvü daha iddialı komandaya keçmək istədiyini və hazırda ölkəsinə qayıtmağı düşünmədiyini bildirib.
O, əsas hədəfinin Avropanın "Top-5" liqalarından birində çıxış etmək olduğunu vurğulayıb.
Qeyd edək ki, 2025-ci ildən "Sabah"da çıxış edən Timoteuş Puxaçın müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Katovitse" cari mövsüm UEFA Konfrans Liqasının təsnifat mərhələsində mübarizə aparıb. Komanda hazırda Polşa çempionatında 21 xalla 8-ci pillədə qərarlaşıb və avrokubok zonasından 3 xal geri qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Noyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















