Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

NETTY 2026 ya artıq 150 dən çox layihə təqdim olunub

NETTY 2026 ya artıq 150 dən çox layihə təqdim olunub

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY 2026-da iştirak üçün müsabiqəyə artıq 150-dən çox layihə təqdim olunub.

BAKU.WS xəbər verir ki, ərizələr noyabrın 23-dək qəbul edilir.

İştirakçılar üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat haqqını müsabiqənin tərəfdaşı MSolution | Chewick qarşılayır.

NETTY 2026-nın yeddi əsas nominasiyası elektron dövlət və rəqəmsallaşdırma, rəqəmsal iqtisadiyyat, biznes və fintex, texnoloji innovasiyalar və süni intellekt, elm, təhsil və rəqəmsal savadlılıq, media, mədəniyyət və rəqəmsal kontent, səhiyyə, idman, həyat tərzi və turizm, cəmiyyət, inklüzivlik və dayanıqlı inkişafdır.

Belə ki, yeddi əsas nominasiyanın hər birində müsabiqə üç istiqamət üzrə keçirilir - veb-saytlar, tətbiqlər və sosial şəbəkə səhifələri.

Ekspert Şurası hər istiqamət üzrə üç layihəni nominant kimi seçir. NETTY Akademiyası isə həmin üç layihə arasından qalibi müəyyənləşdirir.

Beləliklə, hər nominasiyada doqquz nominant və üç qalib olur. Mükafatlar ən yaxşı veb-sayta, ən yaxşı tətbiqə və sosial şəbəkədə ən yaxşı səhifəyə verilir. Layihələr üç meyar - ideya, məzmun və icra üzrə qiymətləndirilir.

Qeyd edək ki, NETTY Azərbaycanın ilk internet mükafatıdır. 2004-cü ildə təsis edilən mükafat 20 ildən artıqdır ki, rəqəmsal layihələrin müəlliflərinə öz işlərini geniş auditoriyaya və sahə üzrə ekspertlərə təqdim etmək imkanı yaradır. Hazırda müsabiqədə iştirak edən layihələrin təxminən 75%-i veb-saytlardır. Qalan layihələr tətbiqlər və sosial şəbəkə səhifələri arasında təxminən bərabər bölünür. Ən çox layihə "Rəqəmsal iqtisadiyyat, biznes və fintex" nominasiyasında, ən az layihə isə hələlik "Elektron dövlət və rəqəmsallaşdırma" nominasiyasında təqdim olunub.

Müsabiqənin mərhələlərinə gəlincə, ərizələr netty.az saytında 23 noyabradək qəbul olunur. 24 noyabr – 4 dekabr tarixlərində Ekspert Şurası və Virtual Münsiflər Heyəti nominantları müəyyənləşdirəcək. 5–15 dekabr tarixlərində isə NETTY Akademiyası nominantlar arasından qalibləri seçəcək. Mükafatlandırma mərasiminin 16–18 dekabr tarixləri aralığında keçirilməsi planlaşdırılır. Bütün nominantlar mərasimə dəvət olunacaq. Tədbirdə qaliblər rəsmi elan ediləcək, nominantlara diplomlar, qaliblərə isə NETTY mükafatları təqdim olunacaq. Müsabiqənin tərəfdaşları da hədiyyələr hazırlayacaqlar.

Müsabiqədə iştirakçılar veb-saytlarını, tətbiqlərini və ya sosial şəbəkə səhifələrini mükafatın saytında qeydiyyatdan keçirən təşkilatlar, komandalar və müstəqil müəlliflərdir. Virtual Münsiflər Heyəti internet istifadəçilərindən formalaşır. İstifadəçilər mükafatın saytında qeydiyyatdan keçərək səsverməyə qoşula bilərlər. Səsvermənin nəticələrinə əsasən, bütün iştirakçılar arasından ayrıca "Virtual münsiflər heyətinin seçimi" mükafatı üzrə üç nominant müəyyənləşdirilir.

Ekspert Şurası Təşkilat Komitəsinin fərdi dəvətləri əsasında formalaşır. Şuraya dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və digər sahələr üzrə mütəxəssislər daxildir. Ekspert Şurası yeddi əsas nominasiyanın hər istiqaməti üzrə nominantların siyahısını hazırlayır. NETTY Akademiyası Azərbaycanın ictimai, dövlət və işgüzar dairələrinin nümayəndələrini bir araya gətirir. Akademiya səsvermənin nəticələrinə əsasən mükafatın qaliblərini müəyyənləşdirir.

NETTY 2026-nın rəsmi tərəfdaşları AZINTELECOM, Bolt for Business-dir. Tərəfdaşlar MSolution | Chewick, Ultra Technologies, SmartHost, Savalan, Renley, Online.az-dır.

İnformasiya tərəfdaşları Report İnformasiya Agentliyi, InfoCity, Technote.az, "Каспий" qəzeti, Oxu.az, Baku.ws, Baku.TV, Media.az, Azərbaycan Fotoqrafları Birliyi, ALR MEDIA, Sapunov Online, Banks.az-dır.

NETTY 2026-da iştirak üçün ərizəni netty.az-a, iştirak və əməkdaşlıqla bağlı suallarınızı [email protected] ünvanına göndərə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri