Icma.az
close
up
RU
ABŞ Ukrayna ilə saziş üzərində iş aparmır: Trampın diqqəti indi buna yönəlib

ABŞ Ukrayna ilə saziş üzərində iş aparmır: Trampın diqqəti indi buna yönəlib

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ və Ukrayna hazırda mineral sazişi üzərində iş aparmırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus məlumat yayıb.

Qeyd olunur ki, bununla yanaşı Vaşinqton və Kiyev arasında ikitərəfli razılaşma hələ də gündəmdə qalmaqdadır, lakin bu dəqiqə üçün ABŞ-ın bütün diqqəti Ukraynada münaqişənin həllinə yönəlib.

“Bu mərhələdə bizim həll etməli olduğumuz bəzi məsələlər var. Hazırda saziş üzərində iş aparmırıq”, – Bryus qeyd edib.

Rusiya və ABŞ Prezidentləri arasında baş tutan telefon danışığı barədə məlumat verən Bryus tərəflər arasında növbəti mümkün görüşdən də danışıb və bunun nazirlər səviyyəsində baş tutmayacağını bildirib.

“Bunlar yüksək vəzifəli şəxslər olacaq. Yalnız bunu deyə bilərəm. Onlar nazir səviyyəsində deyil, lakin mümkün atəşkəs razılaşmasının texniki çərçivələrini müzakirə edəcək rəsmilərdir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, görüş yaxın günlərdə baş tutacaq və razılaşmanın detallarının tezliklə müəyyən ediləcəyi gözlənilir.

“Prezident Tramp bu prosesin sürətli aparılmasını istəyir. Düşünürəm ki, nəticələri çox yaxın zamanda görəcəyik”, – deyə rəsmi nümayəndə əlavə edib.

Bununla yanaşı, o, müzakirələrin yalnız ABŞ və Rusiya arasında, yoxsa üçtərəfli formatda – Ukraynanın da iştirakı ilə aparılacağı barədə dəqiq məlumat verməyib.

“Bu məsələ hələ də müzakirə olunur və təşkilati məsələlər həll edilir. Konkret razılaşmalar barədə danışmaq çətindir, lakin ötən gün Rusiya və ABŞ prezidentlərinin telefon danışığında razılaşdırılan məsələlərin texniki detalları üzrə iş aparılacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkof martıtn 18-də “Fox News”a müsahibəsində bildirib ki, ABŞ və Rusiya arasında yeni təmaslar martın 23-də Ciddədə baş tutacaq.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 01:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri