ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatlarının ötürülməsini davam ETDİRİR
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerika Birləşmiş Ştatları Ukrayna Silahlı Qüvvələrini kəşfiyyat məlumatları ilə təmin etməyə davam edir.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bəyanat verib.
“Biz Ukraynaya dəstək üzrə Qərb qrupu vasitəsilə məlumat mübadiləsi sahəsində kömək göstərməyə davam edirik”, - deyə general təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun bu addımlarına münasibət bildirmişdi. Diplomat qeyd etmişdi ki, Rusiya tərəfi Ukrayna ordusuna hədəfləri vurmaq üçün kəşfiyyat məlumatlarının ötürülməsinin yolverilməzliyi barədə mütəmadi olaraq xəbərdarlıq etsə də, ABŞ bu demarşlara ya ümumi sözlərlə cavab verir, ya da susmağa üstünlük verir.
Bundan əlavə, nüfuzlu "Politico" nəşrinin yaydığı məlumata görə, rəsmi Moskva Vaşinqtona maraqlı bir sövdələşmə təklif edib. Təklifə əsasən, əgər ABŞ Ukraynaya Rusiya obyektləri barədə kəşfiyyat məlumatlarının verilməsini dayandırarsa, Rusiya da öz növbəsində İranla ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinin dəqiq koordinatlarını paylaşmayacaq.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 29 Aprel 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















