Icma.az
close
up
RU
ABŞ Ukraynanı KÜNCƏ SIXDI “Bu mənim müharibəm deyil”

ABŞ Ukraynanı KÜNCƏ SIXDI “Bu mənim müharibəm deyil”

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

“Ukraynanın sülhə məcburetmə əməliyyatlarının həyata keçirilməsinə başlanacaq”.

Bu fikri ABŞ-nin Ukraynaya yardımı dayandırmağı bəyan etməsi və bunun müharibənin gedişinə təsirini Yenicag.az-a şərh edən hərbi ekspert Elxan Şıxəliyev deyib.

O, bildirib ki, Ukrayna küncə sıxışdırılmış vəziyyətdədir:

“Müharibənin gedişatına təsir edəcək əsas amillərdən biri ondan ibarət idi ki, Ukraynanı dəstəkləyən qüvvələr maliyyə dəstəyini nə qədər göstərirdilərsə, müharibəni davam etdirmək mümkün idi. Tramp administrasiyasının müharibəyə baxışı, yanaşması dəyişdi. Buna görə də sahədəki vəziyyət də dəyişdi. Tramp hakimiyyəti deyir ki, bu mənim müharibəm deyil, bu yanlış müharibədir, başlamamalı idi, dolayısı ilə müharibənin günahkarı Bayden və Zelenskidir. ABŞ bildirir ki, bu müharibənin tərəfdarı deyiləm. Tərəfdarı deyiləmsə, maliyyələşdirməyəcəyəm, Ukrayna davam edəcəksə, mənsiz davam etsin”.

Onun sözlərinə görə, Ukraynaya üç şey təklif olunur:

“Birincisi, müharibə durdurulsun. İkincisi, Ukrayna NATO-ya daxil olmamaqla bağlı razılaşsın. Üçüncüsü isə sahədə ordular haradadırsa, o vəziyyətlə müharibəni bitirmiş olsun. Rusiyanın şərtləri də tam açıqdır. Rusiyanın güzəştə gedəcəyi ilə bağlı heç nə hiss olunmur. Ukraynanın baxışı nə Rusiyanın, nə də ABŞ-nin yanaşması ilə üst-üstə düşmür. Ukrayna bu şərtlərlə razılaşmayacaqsa, müharibəni davam etdirməlidir. Müharibənin davam etməsi üçün isə vəsait lazımdır. Avropa İttifaqı da, əslində, parçalandı. Münhen Təhlükəsizlik Konfransında, Parisdəki görüşdə 27 ölkədən cəmi 10 ölkənin rəhbər şəxsləri iştirak etdi”.

“Müharibənin dayandırılması ilə bağlı şərtlərdən biri seçkinin keçirilməsidir. ABŞ Zelenskiyə deyir ki, sən diktatorsan, legitim deyilsən. Reallığa baxanda Ukrayna küncə sıxışdırılmış bir vəziyyətə gəlib. Belə vəziyyətdə müharibəni davam etdirmək olmayacaq. Rusiya da bunun fərqindədir və sahədə irəliləməyə başlayıb. Bundan sonra Ukraynanın sülhə məcburetmə əməliyyatlarının həyata keçirilməsinə başlanacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 21 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri