Icma.az
close
up
RU
ABŞ Ukraynaya dəstəyi artıracaqmı?

ABŞ Ukraynaya dəstəyi artıracaqmı?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Financial Times”ın məlumatına görə, Vaşinqton Avropa müttəfiqlərinə Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı daha geniş dəstək verməyə hazırdır. ABŞ-ın yeni yanaşması kəşfiyyat, müşahidə imkanlarının paylaşılmasını, həmçinin hava məkanının qorunması üçün idarəetmə və nəzarət strukturlarında texniki yardım göstərilməsini nəzərdə tutur. Bu, analitiklərin fikrincə, Amerikanın əvvəlki ehtiyatlı mövqeyindən ciddi uzaqlaşmanı göstərir və münaqişənin regional deyil, qlobal təhlükəsizlik müstəvisində qiymətləndirildiyini ortaya qoyur.

Hazırda müzakirələrin əsas predmeti Avropa ölkələrinin hansı sayda hərbçi göndərə biləcəyi və bu addımın hansı şərtlərlə həyata keçiriləcəyidir. Avropa kontingentinin Ukraynada yerləşdirilməsi Moskvanın sərt etirazına səbəb olur. Rusiya dəfələrlə bildirib ki, belə bir addımı öz təhlükəsizliyinə təhdid sayır. XİN rəhbəri Sergey Lavrov isə yalnız 2022-ci ilin yazında İstanbulda müzakirə olunmuş, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə nəzərdə tutulan mexanizmlərə razılıq verdiklərini xatırladıb.

Digər tərəfdən, “Bloomberg”in məlumatına görə, artıq 10 dövlət Ukraynaya zəmanətlərin təmin olunması üçün hərbi bölmələr göndərməyə hazırdır. Avropa diplomatik dairələri ehtiyatlı nikbinlik nümayiş etdirərək, Vaşinqtonun əvvəlki administrasiyasının tərəddüdünün aradan qalxdığını düşünürlər.

Məsələ Transatlantik əlaqələr fonunda da mühüm əhəmiyyət daşıyır. Avropa uzun illərdir öz təhlükəsizlik arxitekturasında ABŞ-ın liderliyinə arxalanır. ABŞ-ın yeni yanaşması yalnız Ukraynanın müdafiəsinin gücləndirilməsi deyil, eyni zamanda, NATO daxilində yaranmış fikir ayrılıqlarının yumşaldılması və strateji birliyin bərpası kimi qiymətləndirilir. Bu, Vaşinqton və Avropa paytaxtları arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir.

ABŞ vitse-prezidenti Cey Di Vens də açıqlamalarında bu kursun əsas konturlarını təsdiqləyib. Onun sözlərinə görə, Donald Tramp administrasiyası Ukraynanın ərazi bütövlüyünün qorunması məsələsində prezident Vladimir Zelenski ilə “əsasən razıdır”. Vens bildirib ki, Vaşinqton “Rusiyanın bütün Ukraynanı ələ keçirməsini istəmir” və münaqişənin davam etməsinin heç bir tərəfə üstünlük gətirmədiyini hesab edir. Onun vurğuladığı kimi, döyüşlərin sülh yolu ilə dayandırılması “hamı üçün daha yaxşı nəticə” olacaq.

Vitse-prezidentin sözlərinə görə, Alyaskada avqustun 15-də keçirilən danışıqlarda Moskva ilk dəfə olaraq “əhəmiyyətli güzəştlərə” getməyə hazır olduğunu nümayiş etdirib. “Reuters”in məlumatına əsasən, Rusiya nəzarətində saxladığı bəzi ərazilərin kiçik hissələrini Ukraynaya qaytarmağa, Zaporojye və Xerson istiqamətlərində hücum əməliyyatlarını dayandırmağa razılıq verə bilər. Bunun qarşılığında isə Moskva Ukrayna qoşunlarının Donbasdakı müəyyən bölgələrdən çıxarılmasını gözləyir.

Mövcud vəziyyət göstərir ki, Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsi yalnız müharibənin hərbi nəticələrinə deyil, həm də beynəlxalq münasibətlərin gələcək konturlarına təsir göstərəcək. Bu məsələ həm regionda qüvvələr balansını, həm də bütövlükdə Transatlantik alyansın siyasi dinamizmini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. ABŞ-ın mövqeyindəki dəyişiklik Qərbin yekdil hərəkətinə yol aça, eyni zamanda, Rusiya ilə yeni qarşıdurma risklərini artıraraq Avropa təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmağa səbəb ola bilər.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri