Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Bakıda taksi sürücüsü bir evdə yaşadığı qadına kəllə atdı Təfərrüat

Bakıda taksi sürücüsü bir evdə yaşadığı qadına kəllə atdı Təfərrüat

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində yerləşən evlərdən birində baş verib. 
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nəriman birgə yaşadığı evdə arvadı Könül (adlar şərtidir – red.) ilə mübahisə edib. O, ailə-məişət zəminində mübahisə yaratmış mübahisə zamanı başı ilə arvadının başına zərbə vuraraq yerə yıxıb. Sonra saçından tutaraq sürüyərək təpik və yumruq zərbələri vurub, təpə nahiyəsinə xəsarətlər yetirib. 
Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Nəriman bildirib ki, 2021-ci ildə Könül ilə ailə quraraq rəsmi nikaha daxil olub:
“Birgə nikahımızdan bir azyaşlı övladımız var. Könüldən əvvəl ailəli olmuşam, sonradan boşanmışam və birinci nikahımızdan olan azyaşlı övladım da hazırda mənimlə birlikdə yaşayır. Könül ilə ailə-
məişət zəminində bir neçə dəfə mübahisələrimiz olub. Bu mübahisələrlə bağlı Könül tərəfindən polis orqanlarına şikayət edilib. Lakin sonradan barışmışıq”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, mübahisələrin səbəbi Könülün onu mübahisəyə təhrik etməsi, cavab qaytarması və ona qarşı nalayiq ifadələr işlətməsi olub. O, həmçinin bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur və gecə saatlarında evə gec gəldiyinə görə Könülün onu qısqanaraq mübahisələr yaradır və bu səbəbdən ailədə münaqişələr baş verir. 
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 20:00-da yaşadıqları evdə Könülün azyaşlı qızına qarşı nalayiq küçə ifadələri işlətməsi səbəbindən aralarında mübahisə yaranıb: ”Könülün cavab qaytarması nəticəsində əsəbləşərək onun sifətinə bir şillə zərbəsi vurdum. Nəticədə Könül yerə yıxıldı. Daha sonra onu saçlarından tutaraq evdən çıxardım və atasının evinə göndərdim”. 
Zərərçəkmiş Könül izahatında qeyd edib ki, Nəriman heç bir yerdə işləmir və mütəmadi olaraq ailə daxilində münaqişələr yaradır:
“Bu səbəbdən əvvəllər polis orqanlarına ərizə ilə müraciət etmişəm. Lakin sonradan  barışmışıq. Məlum hadisə günü, saat 20:00-da yaşadığım evdə olarkən Nəriman mənə adıma kredit götürməyi təklif etdi. Mən bu təkliflə razılaşmadım, aramızda mübahisə yarandı. Nəriman məni nalayiq ifadələrlə təhqir etməyə başladı. Daha sonra saçlarımdan tutaraq yoldu, başı ilə başıma kəllə zərbəsi endirərək məni yerə yıxdı, bədənimin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq xəsarətlər yetirdi”.
Zərərçəkmiş şəxs ifadəsinin sonunda göstərib ki, hadisə baş verən zaman yaşadığı evdə azyaşlı övladından başqa heç kim olmayıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. 
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 İyun 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri