Icma.az
close
up
RU
ABŞ Ukraynaya hərbi yardımı dayandırır: Bu qərar Kiyevin müdafiə qabiliyyətinə necə təsir göstərəcək? TƏHLİL

ABŞ Ukraynaya hərbi yardımı dayandırır: Bu qərar Kiyevin müdafiə qabiliyyətinə necə təsir göstərəcək? TƏHLİL

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

​Fevralın 28-də ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə gərgin keçən görüşün ardınca Tramp Administrasiyası martın 3-də Ukraynaya bütün hərbi yardımın dayandırıldığını elan edib.

Pentaqon yardımların yalnız Ukrayna rəhbərliyinin sülhə sadiqlik nümayiş etdirdiyi təqdirdə bərpa olunacağını deyib.

Qərara əsasən, hazırda Ukraynaya hələlik çatdırılmamış, bütün ABŞ hərbi texnikası, o cümlədən təyyarələrdə və gəmilərdə daşınmaqda olan və ya Polşada tranzit məntəqələrində gözləyən silahların tədarükü dayandırılacaq.

Qərarın arxasında dayanan səbəblər

Bu addımın arxasında müxtəlif səbəblərin dayandığı ehtimal edilir. Bu səbəblər arasında Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarına başlamaq üçün təzyiq göstərmək istəyi, Tramp və vitse-prezident J.D. Vansın Zelenskini ABŞ-ın göstərdiyi dəstəyə kifayət qədər minnətdarlıq etməməsi və sülhə nail olmaq üçün kifayət qədər səy göstərməməsi və sair ola bilər.

Ukraynalı politoloq Valeri Dımov APA-ya açıqlamasında bildirib ki, Trampın məqsədi Ukraynanı onun şərtləri ilə razılaşmağa vadar etməkdir: “Prezident Trampın bu qərarını ABŞ siyasətində əsaslı dəyişiklik kimi qiymətləndirmək olmaz. Bunun əsas səbəbi, təbii ki, Donald Trampın Vladimir Zelenskiyə təzyiq etmək cəhdidir. ABŞ lideri nadir torpaq metalları üzrə böyük müqavilənin imzalanması məsələsinin müzakirə edildiyi ilk günlərdən bu təzyiqi göstərməyə çalışır. Amma buna nail ola bilməyib. Tramp Ukraynanın maraqlarını qətiyyən nəzərə almır, heç bir zəmanət vermir. Üstəlik, Donald Tramp daim danışdığı sülh planını hələlik təqdim etməyib. Tramp, sadəcə, bir kəlmə ilə Ukraynanı Rusiya ilə danışıqlara getməyə vadar etməyə çalışır”.

Qərarın Ukraynanın müdafiə qabiliyyətinə təsirləri

ABŞ-nin Ukraynaya hərbi yardımı Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlardan sonra əhəmiyyətli dərəcədə artmışdı. Bu yardımlar Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və suverenliyini qorumaq məqsədi daşıyırdı.​ Yardımın qəfil dayandırılması isə Ukraynanın müdafiə mövqeyini zəiflədə bilər.

Ukraynalı ekspert bildirib ki, müharibənin ilk altı ayında ABŞ Ukraynaya heç bir yardım ayırmadı, lakin nə cəbhədə sarsıntı yaşanıb, nə də müdafiə xətti dağılıb.

“Biz avropalı tərəfdaşlarımız və digər ölkələr sayəsində duruş gətirə bildik. Düşünürəm ki, indi də oxşar vəziyyət yaranacaq. Bu müharibədir, insan həyatıdır, itkilərdir. Düzdür, avropalı tərəfdaşlar ABŞ tərəfindən dayandırılan yardımı 100 faiz ödəyə bilməyəcək. Buna görə də Ukrayna digər ölkələrdən müvafiq yardım və dəstək istəyəcək. Bu, Ukrayna ilə həmişə humanitar əsasda kifayət qədər intensiv əlaqədə olan Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığa qədər genişləndirilə bilər. Eyni zamanda Türkiyə, hərbi-sənaye kompleksi inkişaf etmiş bir çox başqa ölkələr var. Avropanın hüdudlarından kənarda da bizim müttəfiqlərimiz mövcuddur”, - deyə o vurğulayıb.

Dımov bu gün Ukraynada dron istehsalına dair texnoloji sıçrayış olduğunu da vurğulayıb: “Ukraynanın dron istehsalı Rusiyadan daha çoxdur. ABŞ istehsalı olan HIMARS raketləri Ukraynanın pilotsuz aviasiyasının eyni imkanları ilə kompensasiya edilə bilər. Bu məsələdə avropalılar bizə çox kömək edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Mart 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri