Danışdım, qurtardı, getdi, bu namərdlikdir! Deputat
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin deputatı Səyyad Aranın 2025-ci ildə dövlət büdcəsinin müzakirəsi zamanı mədəniyyət naziri Adil Kərimli ilə bağlı səsləndirdiyi fikirlər yenidən gündəmə gətirilib və sosial şəbəkələrdə yayılıb.
Axar.az xəbər verir ki, deputat Qaynarinfo.az-a açıqlamasında bir il əvvəlki çıxışının yenidən müzakirəyə çıxarılmasını özünə qarşı təxribat kimi qiymətləndirib.
"Bu çıxış bir il bundan əvvəl olub. Biabırçılıqdır. Danışdım, qurtardı, getdi. Bu, namərdlikdir, mənə qarşı təxribatdır, ara qarışdırmaqdır, qaşınmayan yerdən qan çıxartmaqdır. Belə vicdansızlıq olar?", - Səyyad Aran bildirib.
Xatırladaq ki, deputat bir il əvvəl parlamentdə İmişli rayon Mərkəzi Şəhər Kitabxanası və Şəhər Uşaq Kitabxanasının yerləşdiyi köhnə binada çalışan 32 nəfərlik kollektivin zəruri sanitar qovşağının olmadığını diqqətə çatdırmışdı. Səyyad Arandan həmin problemin həll olunub-olunmadığını, binada sanitar qovşağın tikilib-tikilmədiyini də soruşduq. Deputat cavabında hazırda İmişlidə olduğunu, seçiciləri ilə görüşlər keçirdiyini bildirib:
"Mən rayondayam, seçicilərimlə görüşürəm. Bu saat Saatlıdan gəlirəm. Qrafik üzrə seçicilərimlə görüşüb İmişliyə qayıdıram. Bir il bundan əvvəl deyilən sözü yenidən gündəmə gətirmək mənə qarşı təxribatdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Noyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















