Icma.az
close
up
RU
ABŞ Ukraynaya yardımı dayandırdı: Sülh strategiyası, yoxsa taktiki gediş?

ABŞ Ukraynaya yardımı dayandırdı: Sülh strategiyası, yoxsa taktiki gediş?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

ABŞ hakimiyyəti Ukraynaya bütün növ silah və sursatların çatdırılmasını dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri məlumat yayıb. Ukrayna rəsmiləri Vaşinqtonun bu addımını mart ayında Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında baş verən mübahisədən sonra Kiyevin siyasi güzəştlərini "nokauta salmaq" ilə əlaqələndiriblər. ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell Ukraynaya silah tədarüklərinin davam edəcəyini açıqlayıb. Pentaqon nümayəndəsi əlavə edib ki, fasilə ABŞ-nin hərbi hazırlığının və ölkənin müdafiə prioritetlərinin saxlanması ilə bağlıdır.

ABŞ-nin silah tədarükünü dayandırması münaqişənin gedişatına necə təsir edəcək? Hesab etmək olarmı ki, Ukraynanın sıxışdırılması prosesi münaqişənin sona çatması üçün planlaşdırılmış addımdır, yoxsa doğrudanmı ABŞ hərbi hazırlıq mərhələsinə keçib?

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Ukraynaya silah tədarükünü dayandırması münaqişənin gedişatına mühüm təsir göstərəcək.

Onun sözlərinə görə, Ukrayna ordusu xüsusilə hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri və uzaqmənzilli silahlar baxımından Qərbin, əsasən də ABŞ-nin hərbi dəstəyinə güclü şəkildə bağlıdır:

"Tədarükün dayandırılması Ukraynanın müdafiə imkanlarını zəiflədəcək və Rusiya ordusuna sahədə üstünlük qazanmaq imkanı verəcək”.

Müsahibimiz qeyd edib ki, ABŞ-nin bu addımının bir neçə səbəbi var. Onun fikrincə, ən böyük səbəblərdən biri Trampın seçki öncəsi verdiyi vəddir:

“O, münaqişənin 24 saat ərzində, yəni qısa müddət zamanında bitirəcəyinə söz vermişdi. Lakin artıq yarım il keçməyinə baxmayaraq, münaqişə davam edir. Bu münaqişənin yekunlaşması Trampın sülhsevər imici üçün çox önəmlidir. Eyni zamanda Tramp Ukraynaya xərclənən milyardlarla ABŞ dollarına qənaət edərək başqa sahələrə ayırmaq istəyir".

Kamran Məmmədli: ABŞ təzyiq rıçaqları kimi silah və yardım amilindən istifadə edir

Politoloq vurğulayıb ki, Rusiya və Ukrayna güzəştə getmək istəmir. Bu səbəbdən ABŞ təzyiq rıçaqları kimi silah və yardım amilindən istifadə edərək, Ukraynaya təzyiq göstərir.

"Rusiyanı isə daha ciddi sanksiya ilə qorxudaraq sülhə nail olmaq istəyir. ABŞ-nin dəstəyi Ukrayna üçün önəmli olsa da, Avropanı da unutmamalıyıq. Əgər Böyük Britaniya, Fransa və Almaniya kimi qitənin güclü dövlətləri Ukraynaya ciddi dəstəyini davam etdirərlərsə, bu müharibə də Ukraynanın məğlub olmamaq şansı qalacaq. Hətta müharibəyə davam belə edə biləcək. Lakin bu dəstəklər daha çox və operativ olmalıdır", - müsahibimiz əlavə edib.

K.Məmmədli hazırda iki ölkə arasında situasiyanın qeyri-müəyyən olaraq qaldığını qeyd edir. Politoloq hesab edir ki, nəticənin hansı istiqamətdə inkişaf edəcəyi həm ABŞ daxilindəki siyasi qərarlardan, həm Avropanın davamlı dəstəyindən, həm də Rusiya-Ukrayna cəbhəsindəki real vəziyyətdən asılı olacaq.

Qeyd edək ki, "The New York Times" ABŞ-nin Ukraynaya "Patriot" kəsici raketləri, GMLRS dəqiqlikli döyüş sursatları, "Hellfire" idarə olunan raketləri, "Stinger" insan daşına bilən raket sistemləri və bir sıra digər silahların tədarükünü dayandıracağını bildirmişdi. Ukrayna Xarici İşlər Nazirliyi tədarükün dayandırılması ilə bağlı məlumatı müzakirə etmək üçün ABŞ-nin Kiyevdəki müvəqqəti işlər vəkili Con Qinkeli çağırıb.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri