Icma.az
close
up
RU
Tramp özündən çıxdı: “Dəhşətli bir insansan, üz qarasısan”

Tramp özündən çıxdı: “Dəhşətli bir insansan, üz qarasısan”

Icma.az bildirir, Milli.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Səlmanı Ağ Evdə qəbul etdikdən sonra brifinq keçirib. Jurnalist ondan milyarder Cefri Epşteynlə bağlı sənədlərdə adının keçdiyi ilə bağlı məsələyə aydınlıq gətirməsini istəyib. Tramp jurnalisti "Dəhşətli bir insan, pis jurnalistsən. Üz qarasısan" sözləri ilə tənqid edib və ABC telekanalının "yayım lisenziyasının ləğv edilməli olduğunu" bildirib.

Milli.Az xəbər verir ki, mətbuat brifinqində jurnalist Trampa fahişəlik şəbəkəsi qurmaqda ittiham edilən və 2019-cu ildə həbsxanada ölü tapılan Cefri Epşteynə aid məhkəmə sənədlərində adının keçib-keçmədiyi haqqında sual ünvanlayıb. Sual Trampı qəzəbləndirib.

Trump jurnalistə belə cavab verib: "Siz yalancı xəbər istehsal edirsiniz. Heç bir etibarlılığınız yoxdur. Gedin, Epşteynən pul alan demokratları araşdırın."

Cefri Epşteyn ən gənci 14 yaş olmaqla, çoxsaylı azyaşlı qızlara cinsi istismar və

fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuşdu.

2019-cu ildə Nyu-Yorkdakı Manhattan Metropolitan Həbsxanasında kamerasında ölü tapılmışdı.

Epşteynə dair açıqlanan sənədlərdə bir sıra tanınmış şəxslərin adları yer alıb:

Britaniya şahzadəsi Andrew ABŞ-nin sabiq prezidenti Bill Clinton Donald Tramp sabiq İsrail baş naziri Ehud Barak ABŞ-nin keçmiş vitse-prezidenti Al Gore aktyor Kevin Spacey müğənni Michael Jackson illüzyonist David Copperfield hüquqşünas Alan Dershowitz Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Richardson

Lakin FBI və ABŞ Ədliyyə Nazirliyinin birgə araşdırmasında "məşhurlardan ibarət gizli müştəri siyahısı"na dair heç bir dəlilə rast gəlinmədiyi, Epşteynin sui-qəsd nəticəsində deyil, sui-qəsd etməsi ilə bağlı nəticəyə varılmışdı.

ABŞ jurnalisti Tuker Karlson Epşteynin "İsrail üçün işlədiyini" və bunun Vaşinqtonda bilindiyini, sadəcə açıq şəkildə deyilmədiyini iddia etmişdi.

Wall Street Journal qəzeti isə Epşteynin keçmiş ortağı Ghislaine Maxwellin onun 50 illik yubileyi üçün dostlarından məktub topladığını və məktub yazanlardan birinin də Tramp olduğunu irəli sürmüşdü.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Noyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri