ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranı ələ keçirmək üçün quru əməliyyatına başlamağı planlaşdırır.
“New York Post” xəbər verir ki, Birləşmiş Ştatlar bu məqsədlə İrana minlərlə xüsusi təyinatlı əsgər göndərməyi nəzərdən keçirir.
Bildirilib, ABŞ-nin xüsusi təyinatlı qüvvələri hərb tarixində ən mürəkkəb əməliyyata başlamağa hazırdır. İddiaya görə, əmr verilərsə, nüvə obyektlərinə basqın ediləcək, təhlükəsizlik təmin olunduqdan sonra isə zənginləşdirilmiş uran oradan çıxarılacaq.
Qeyd edək ki, “The Wall Street” nəşri bir müddət öncə ABŞ prezidenti Donald Trampın əsas müşavirlərlə bir sıra görüşlərdən sonra İrana qarşı hərbi əməliyyatların gücləndirilməsinə meyl etdiyini yazıb. Qəzetin iddiasına görə, ABŞ administrasiyası tərəfindən nəzərdən keçirilən variantlar arasında bombardmanın gücləndirilməsi, Hörmüz boğazındakı adaları ələ keçirmək üçün quru əməliyyatı və İranın enerji obyektlərinə zərbələrin endirilməsi var.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 26 İyul 2026 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















