Yunanıstan da Hörmüzə əsgər göndərə bilər
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Yunanıstan uyğun şərtlərin yaranacağı və davamlı sülh prosesinin təmin ediləcəyi təqdirdə Hörmüz Boğazında dəniz keçidlərinin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş əməliyyata ABŞ ilə birlikdə qoşula biləcəyini açıqlayıb.
"Bakupost" xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Giorgos Yerapetritis ABŞ dövlət katibi Marko Rubio ilə Afinada keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib ki, zərurət yaranarsa, ölkəsi Hörmüz Boğazında lazımi dəniz qüvvəsinin təmin olunması üçün Vaşinqtonla əməkdaşlıq edə bilər.
Nazirin sözlərinə görə, bunun üçün şəraitin əlverişli olması və davamlı sülh prosesinin mövcudluğu əsas şərtlərdir. Yerapetritis Yunanıstanın dəniz nəqliyyatının və naviqasiya azadlığının qorunmasına böyük əhəmiyyət verdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 07 Oktyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















