ABŞ və Avropa İttifaqı arasında azad ticarət zonası yaradılmalıdır
Azpost saytına istinadən Icma.az xəbər verir.
Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampın siyasətinə zidd olaraq ABŞ və Avropa İttifaqı (Aİ) arasında azad ticarət zonasının yaradılmasına çağırıb.
O, bu barədə İtaliyada keçirilən “Liqa Konqresi”ndə çıxışı zamanı bildirib.
“Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-ın azad ticarət zonası yaratmaqla, ideal şəkildə sıfır rüsum vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq”, – deyə o bildirib.
İş adamı həmçinin qeyd edib ki, Aİ-də hərəkət və məşğulluq azadlığı ABŞ-a da şamil edilməlidir.
Paylaş

Avropa İttifaqı ABŞ la mümkün ticarət müharibəsinə hazırlaşır
03 Fevral 2025 14:47
ABŞ, Avropa İttifaqı və biz...
22 Fevral 2025 21:48
“ABŞ və Avropa İttifaqı arasında dərin çatlar yaranıb”
24 Fevral 2025 10:52
Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb
07 Dekabr 2024 07:57
Rəsmi Pekin: “ABŞ və Avropa İttifaqı Rusiya ilə ticarət edir”
26 Noyabr 2024 17:14

