ABŞ və Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində... PAYLAŞIM
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"da iştirak edib, müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub.
SİA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edib. O, amerikalı, azərbaycanlı və beynəlxalq tərəfdaşlarla birlikdə müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub", - məlumatda bildirilib.
Qeyd olunub ki, bu il keçirilən ADEX sərgisi ABŞ-ın geniş iştirakı ilə diqqət çəkir:
"Sərgidə, o cümlədən ilk dəfə iştirak edən Amerika müdafiə sənayesi şirkətləri ilə yanaşı, Lockheed Martin, Northrop Grumman, Ondas, SIG SAUER, Vantor, Persistent Systems, Motorola, L3Harris, Curtiss-Wright və Space Eyes kimi ABŞ şirkətləri də təmsil olunur.
Strateji Tərəfdaşlıq Xartiyamız çərçivəsində Birləşmiş Ştatlar ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığını genişləndirməyə davam edir".
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 01 Oktyabr 2026 04:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















