Icma.az
close
up
RU
ABŞ və Çin razılaşır?

ABŞ və Çin razılaşır?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sazişin müddəti 90 gün uzadılacaq

Tramp administrasiyasının Çinlə razılğa gələcəyi vəgömrük rüsumları sahəsində razılaşmaları 90 gün uzadacağıehtimal olunur. ABŞ-ın ticarət naziri Hovard Latnik “FoxBusiness” telekanalına açıqlamasında qeyd edib ki, Vaşinqton vəPekin bu məsələdə ortaq məxrəcə gəlmək niyyətindədir. “Görünür, ABŞ Prezidenti Donald Tramp və onun danışıqlardaiştirak edən komandası razılığa gələcək və müddəti daha 90 günuzadacaq”, - deyə H.Latnik vurğulayıb. Nazir, həmçinin buməsələ ilə bağlı yekun qərarı Trampın verməli olduğunu deyib. Xatırladaq ki, iyulun 29-30-da İsveçin paytaxtı Stokholumşəhərində ABŞ ilə Çin arasında gömrük rüsumlarına və ticarimünasibətlərə dair görüş baş tutub. Bu görüşdə ABŞ-ı maliyyənaziri Skott Bessent, Çini isə ÇXR Dövlət Şurası Baş nazirininmüavini Hi Lifen təmsil edib. İki gün davam edən görüşdə əsasən avqustun 12-də başa çatacaq müvəqqəti ticarət sazişininmüddətinin uzadılması ilə bağlı məsələ ətrafında müzakirəaparılıb. Danışıqlar zamanı qlobal bazarda ticarət balansınınpozulması və nadir torpaq metallarının ixracına qoyulanməhdudiyyətlərin aradan qaldırılması ilə bağlı məsələlərə dətoxunulub. 

Vaşinqton sazişin uzadılmasına razıdır, amma.... 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “YeniAzərbaycan” qəzetinə şərhində qeyd edib ki, Çinin müraciətinəəsasən Vaşinqton sazişin müddətinin 90 gün uzadılmasına razıolub. 

“Gömrük rüsumları ilə bağlı sazişin müddətinin 90 günuzadılması nə ABŞ, nə də Çin üçün uzunmüddətli dövr ərzindəheç bir effekt verməyəcək. Sadəcə olaraq, müəyyən məsələlərdəinteqrasiya prosesi zəruri olduğundan bu saziş ABŞ və Çin üçünvacibdir. Amma hesab etmirəm ki, bu proses davamlı olacaq. Çünki prosesin uzadılması Vaşinqtona o qədər də sərfəli deyil. Vaşinqtonun gömrük məsələsində qəti mövqe sərgiləməsininəsas səbəbi ABŞ-ın illik ticarət dövriyyəsində 1,2 trilyondanartıq kəsirin olması ilə bağlıdır. Bu baxımdan Trampadministrasiyası dünyanın bütün ölkələrinə, hətta müttəfiqlərinəbelə yeni gömrük rüsumları tətbiq etməkdə qərarlıdır. ABŞ-danaz məhsul idxal edən, amma ABŞ-a daha çox məhsul ixrac edənölkələrin məhsullarına yüksək gömrük rüsumları tətbiqolunacaq. Çinə də belə yanaşma sərgilənəcəyi istisna deyil,” - deyə E.Əmirov vurğulayıb.   

Saziş hər iki tərəfin maraqlarına uyğundur

İqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, Trampadministrasiyasının bütün iqtisadi təşəbbüsləri ABŞ-a mənfəətqazandırmaqdır. “ABŞ və Çin strateji iqtisadi tərəfdaşdırlar. Həriki ölkə bir-birinə xüsusi əhəmiyyət kəsb edən məhsullar ixracedirlər. Amma burada bir məqamı nəzərə almaq lazımdır ki, bustrateji tərəfdaşlıqda ABŞ daha çox çəkiyə malikdir. Yəni songöstəricilərə görə, Çin ixracatı müəyyən mənada ABŞ-dan bir azasılıdır. Eyni zamanda Çinin texnoloji məhsullarınınistehsalında da ABŞ-ın bir az payı var. Bu baxımdan ABŞ Çinüçün önəmli strateji iqtisadi tərəfdaşdır. O ki qaldı ABŞ ilə Çinarasında gömrük rüsumları ilə bağlı sazişin müddətininuzadılması məsələsinə, bu, həm ABŞ-ın, həm də Çininmaraqlarına cavab verir. Xüsusilə, Trampın gömrük siyasətixüsusi diqqət çəkir. Ağ Ev rəhbərinin bütün iqtisadi təşəbbüsləriABŞ iqtisadiyyatını daha da möhkəmləndirmək, qlobal bazarüzərində ABŞ-ın iqtisadi təsir imkanlarını artırmaq və ABŞ-ınbeynəlxalq səviyyədə iqtisadi cazibədarlığını təmin etməkdir. Tramp administrasiyasının bütün ölkələrin məhsullarına yenigömrük rüsumları tətbiq etmək və ya gömrük rüsumlarınıartırmaq strategiyası məhz ABŞ-ın daxili və xarici ticarətindəməhsuldarlığın artırılmasına yönəlib. Əgər ABŞ prezidenti Çinilə gömrük rüsumları ilə bağlı sazişin müddətinin 90 günuzadılmasına razılıq veribsə, deməli, o, belə bir sazişin ABŞ-amənfəət qazandıracağını düşünüb”. 

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Avqust 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see265

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see248

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see241

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see235

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see226

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see225

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see199

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see195

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see171

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see169

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see166

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri