ABŞ və İran hərbi əməliyyatları dayandırdı Silah ehtiyatı tükənib?
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Birləşmiş Ştatlar və İran Fars körfəzində gəmiçilik və neft infrastrukturunu raket zərbələrindən qorumaq məqsədilə hərbi əməliyyatları müvəqqəti dayandırıblar. Bu addım Vaşinqtonun BMT-dəki nümayəndəsinin Prezident Donald Trampın "diplomatiya və danışıqlar üçün müəyyən imkan yaradır" bəyanatından sonra atılıb.
Tehran da Yaxın Şərqdə Vaşinqtonun müttəfiqlərinə qarşı cavab zərbələrini dayandırdığını açıqlayıb. ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts "Fox News Sunday" proqramında bildirib ki, amerikan qüvvələri "tam döyüş hazırılığında" qalsa da, Prezident Tramp danışıqlar üçün diplomatik məkan ayırır.
Qeyd edək ki, strateji əhəmiyyətli Hürmüz boğazı ətrafında toqquşmalar Vaşinqton və Tehran arasında diplomatik səyləri iflic etmişdi. Cümə gününə qədər ABŞ Silahlı Qüvvələri ardıcıl 13 gecə İrana zərbələr endirmiş, bu da aprel atəşkəsindən bəri təxminən beş aydır davam edən müharibənin ən böyük eskalasiyası olmuşdu. Lakin cümə, şənbə və bazar gecələri hər hansı bombardman qeydə alınmayıb.
İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya məsələyə münasibət bildirərək deyib: "Bizim strategiyamız əsasən cavab tədbirlərinə söykəndiyi üçün, biz də cavab əməliyyatlarımızı dayandırdıq".
Hərbi əməliyyatların pauza verməsi fonunda investorların ehtiyatlı nikbinliyi dünya bazarında neft qiymətlərinin kəskin düşməsinə səbəb olub.
Səhər saatlarında "Brent" markalı xam neftin qiyməti 7 faizdən çox ucuzlaşaraq yenidən 90 dollardan aşağı düşüb. ABŞ-nin "West Texas Intermediate" (WTI) маркаlı neftinin qiyməti isə 4 faiz geriləyərək bir barel üçün 85,45 dollar təşkil edib.
Mərhələli sakitlik danışıqlar masasına qayıdış ümidlərini artırsa da, ABŞ mediası əməliyyatların dayandırılmasının arxasında "Patriot" raketəleyhinə sistemlərin və digər müdafiə sursatlarının tükənməsi amilinin dayandığını iddia edir.
"The New York Times" qəzeti məsələdən xəbərdar olan iki mənbəyə istinadən yazır ki, hərbi əməliyyatların genişləndirilməsi planları sursat ehtiyatlarının azalması səbəbindən müvəqqəti təxirə salınıb.
Ancaq Vaşinqton bu iddiaları rədd edir. Prezident Tramp "The Wall Street Journal"a müsahibəsində bildirib: "Bizdə dünyada hər kəsdən çox və ehtiyacımız olandan daha artıq sursat var".
Mayk Uolts da "NBC News" telekanalına açıqlamasında qıtlıq şayiələrini təkzib edib: "Tam dürüstlüklə demək istəyirəm: ABŞ ordusu bu əməliyyatı effektiv şəkildə həyata keçirmək üçün lazımi bütün resurslara malikdir".
Bununla belə, İsrailin Baş naziri Binyamin Netanyahu sabaha planlaşdırılan Ağ Ev səfərində Trampı Tehrana — xüsusən də onun nüvə proqramına dözümsüz yanaşmağa və sərt xətti davam etdirməyə çağıracaq.
Rasim Əliyev
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 27 İyul 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















