Deputatdan çağırış: “Çağırış etməklə insanları kəndə qaytarmaq mümkün deyil”
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bu gün kənddən şəhərə axının qarşısını almaq üçün, ilk növbədə bir məsələni açıq şəkildə qəbul etməliyik: insanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil. Kənddə yaşamağın həm iqtisadi, həm də sosial baxımdan real üstünlükləri olmalıdır.
Kəndlə şəhər arasında müəyyən ödəniş və güzəşt fərqləri yaratmalıyıq. Bir ilə yaxındır ki, bu məsələni müxtəlif platformalarda danışrıq. Deputat həmkarım hörmətli Zahid Oruc da bu məsələni davamlı olaraq gündəmə gətirir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
R.Nurullayev qeyd edib ki, kənd sakini işığa, qaza və suya görə şəhər sakini ilə eyni yükü daşımalı deyil:
“Kənd əhalisi üçün kommunal xidmətlərdə daha aşağı tariflərin tətbiqi nəzərdən keçirilsin. Bu, sadəcə sosial güzəşt deyil. Bu, kənddə yaşayışı və kənd iqtisadiyyatını stimullaşdıran dövlət siyasətinə çevrilməlidir.
Eyni yanaşma mənzil məsələsində də olmalıdır. Kənddə ev almaq və ya ev tikmək daha əlçatan olmalıdır. Xüsusilə gənc ailə şəhərdən kəndə köçürsə, onun mənzil məsələsində əlavə imkanları yaranmalıdır.
Biznesdə də fərqli şərtlər lazımdır. Kənddə müəssisə yaradan, fermer təsərrüfatı quran, emal sahəsinə investisiya qoyan sahibkara daha əlçatan kredit, faiz güzəştləri və vergi imkanları verilməlidir. İnsan kənddə biznes quranda bilməlidir ki, dövlət onun üzərinə şəhərdəki sahibkarla eyni yükü qoymur.
Amma yalnız güzəşt kifayət deyil. Kənddə yol, internet, su, kanalizasiya, məktəb, tibb xidməti, uşaq bağçası və ictimai nəqliyyat da normal səviyyədə olmalıdır və bu sahədə xeyli addımlar atılıb və o dövlət layihələrinin kompleksləşdirilməsi və bir proqramda birləşdirilməsi lazımdır. İnsan kəndə qayıdırsa, övladının təhsilindən, səhiyyəsindən və gündəlik həyatından narahat qalmamalıdır”.
Deputat vurğulayıb ki, ona görə də ayrıca və kompleks Kəndlərin İnkişafı Dövlət Proqramının hazırlanmasına ehtiyac var:
“Bu proqram yalnız kənd təsərrüfatını əhatə etməməlidir. Kənddə yaşayışın bütün tərəflərini – ev, kommunal xidmətlər, məşğulluq, biznes, kredit, sosial xidmətlər və infrastrukturu bir proqram daxilində birləşdirməliyik.
Məqsəd yalnız kənddən şəhərə köçü azaltmaq deyil. Elə şərait yaratmalıyıq ki, şəhərdə yaşayan insan da kəndə köçməyi öz gələcəyi üçün sərfəli və rahat seçim kimi görsün.
Kəndi yaşatmaq istəyiriksə, kənddə yaşamağı üstün seçimə çevirməliyik. Bunun yolu isə çağırışlardan yox, real iqtisadi və sosial üstünlüklər yaratmaqdan keçir”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 24 Noyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















