Icma.az
close
up
RU
COP31: ortaq qərar əldə olunmadı, lakin...

COP31: ortaq qərar əldə olunmadı, lakin...

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin son ana qədər uzlaşdırıcı diplomatiya apardığı COP31 sammitinə Körfəz ölkələri ilə Avropa İttifaqı arasındakı gərginlik mane oldu. Avropa İttifaqının kompromisə getməyə meyilli olmaması səbəbindən ümumi razılıq əldə edilməsə də, 36 istiqamət üzrə ortaq qərara gəlindi.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində dünyanın ən mühüm sammiti hesab olunan və ilk dəfə Türkiyənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 31-ci Tərəflər Konfransı (COP31) başa çatdı. COP31 Sədrliyinin mənbələrindən əldə edilən məlumata görə, yekun qərar sənədində aşağıdakı məsələlərin əks olunması nəzərdə tutulurdu:

1,5 dərəcəlik qlobal istiləşmə hədəfinə sadiqliyin davam etdirilməsi; Türkiyənin təşəbbüsü ilə 2035-ci ilədək elektrikləşmənin 35 faizə çatdırılması hədəfi; Karbonun tutulması, istifadəsi və saxlanılması texnologiyalarının inkişafı; İqlimə uyğunlaşma maliyyəsinin ən azı üç dəfə artırılması ilə bağlı öhdəliklər.

Lakin Avropa İttifaqının kompromisə yanaşmaması səbəbindən bu ümumi qərar sənədi üzrə razılıq əldə olunmadı. Buna baxmayaraq, sammitə ev sahibliyi edən Türkiyə qlobal iqlim siyasətinin gələcəyi ilə bağlı iddialı çərçivə yaratmaq üçün intensiv diplomatik fəaliyyət göstərdi. Fosil yanacaqlar ətrafında aparılan danışıqlarda ümumi razılıq əldə edilməsə də, bir sıra mühüm məsələlərdə razılaşma təmin olundu və dünya ölkələri 36 maddə üzrə ortaq qərara gəldi. Bu qərarların əsas məqsədi iqlimlə bağlı verilən vədlərin yalnız kağız üzərində qalmamasıdır.

COP31-in əsas nəticələrinı sıralasaq, o zaman belə bir mənzərə yaranır:

1. Uyğunlaşma Fondunun gələcəyi ilə bağlı razılıq əldə edildi

Uzun illərdir həllini tapmayan Uyğunlaşma Fondunun (Adaptation Fund) Kioto Protokolundan Paris Sazişinə keçidi ilə bağlı razılıq Türkiyənin vasitəçiliyi ilə təmin edildi. Fondun yeni idarəetmə strukturu barədə razılığa gəlindi. 17 üzvdən ibarət idarə heyətində inkişaf etməkdə olan ölkələrin çoxluğunun qorunması təmin edildi.

2. Belem Uyğunlaşma Göstəriciləri üzrə yol xəritəsi qəbul edildi

Qlobal uyğunlaşma hədəfləri istiqamətində əldə olunan irəliləyişləri ölçməyə imkan verəcək Belem Uyğunlaşma Göstəricilərinin tətbiqi üçün yol xəritəsi qəbul edildi. Bu çərçivədə:

Texniki işçi qrupu yaradılacaq. Göstəricilərin ölkələr tərəfindən sınaqdan keçirilməsi üçün təqvim müəyyənləşdiriləcək. İqlim dəyişikliyinə uyğunlaşma sahəsində daha ölçülə bilən və izlənilə bilən sistem formalaşdırılacaq. Ən az inkişaf etmiş ölkələrin milli uyğunlaşma planlarını həyata keçirməsini asanlaşdıracaq icra platforması yaradılacaq.

3. İqlim maliyyələşdirilməsi üzrə razılıq

Paris Sazişinin 9-cu maddəsi – İqlim Maliyyələşdirilməsi çərçivəsində hazırlanmış ikiillik iş proqramının 2027–2028-ci illərdə tətbiqinə dair qaydalar üzrə razılıq əldə edildi. Beləliklə, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsi ayırmaq öhdəliklərinin müzakirəsi üçün konkret çərçivə yaradıldı. 2,8 milyard dollarlıq maliyyələşdirmə tələbi Fəlakətlər zamanı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində də irəliləyiş əldə edildi. İtki və Zərər Fondunun (Loss and Damage Fund) fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər təsdiqləndi. 119 inkişaf etməkdə olan ölkədən ümumilikdə 2,8 milyard dollar məbləğində 176 maliyyələşdirmə müraciəti daxil olub.

4. Ədalətli keçid mexanizmi üzrə mühüm addım

COP31-in ən mühüm nəticələrindən biri də ədalətli keçid sahəsində əldə edildi. Ədalətli Keçid Mexanizminin institusional çərçivəsinin dəqiqləşdirilməsi və mərhələli şəkildə fəaliyyətə başlaması qərara alındı. Ədalətli Keçid üzrə İş Proqramı daha 3 il müddətinə uzadıldı. Bu qərar iqlim keçidinin işçilərə, regionlara və iqtisadiyyata təsirlərinin nəzərə alınması baxımından mühüm addım hesab olunur. Ədalətli Keçid Mexanizminin 2027-ci ildə fəaliyyətə başlaması üçün təqvim müəyyənləşdirildi. BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının icraçı katibi də bağlanış çıxışında xüsusi olaraq bu qərara toxundu.

5. Təmiz texnologiyalar və karbon bazarları üçün imkanlar yaradıldı

İqlim texnologiyalarının geniş yayılması istiqamətində çalışan mərkəzin növbəti beş il ərzində hansı ölkədə fəaliyyət göstərəcəyi müəyyənləşdirildi. Karbon bazarları ilə bağlı istiqamətləndirici qərarlar qəbul edildi. Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq əməkdaşlıq və karbon bazarlarının fəaliyyəti ilə bağlı rəhbər prinsiplər də təsdiqləndi.

6. Elektrikləşmə və emissiyaların azaldılması üzrə nəticələr

Danışıqlar masası xaricində də konkret nəticələr əldə olundu. Konfrans çərçivəsində elan edilən Elektrikləşmə üzrə İcra Paketi real iqtisadiyyatda mühüm irəliləyişə səbəb oldu. İstixana qazlarının azaldılması məqsədilə xeyriyyə təşkilatları 480 milyon dollar maliyyə vəsaiti ayıracaqlarını açıqladılar.

Qeyd edək ki, fikir ayrılıqlarının davam etdiyi bəzi məsələlər üzrə müzakirələr 2027-ci il noyabrın 8–19-da Əddis-Əbəbədə keçiriləcək COP32 sammitində davam etdiriləcək. Antalya iqlim mübarizəsində vədlərin real fəaliyyətə çevrilməsi istiqamətində mühüm mərhələ kimi tarixə düşdü. Türkiyə isə dünyanın ortaq gələcəyi naminə məsuliyyət daşıyan və tərəflər arasında razılıq yaratmağa çalışan ölkə olmaqda davam edəcəyini açıqladı.

COP31-in sədri və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum əldə olunan nəticələri belə şərh edib: “İqlim dəyişikliyi ilə mübarizə heç bir ölkənin təkbaşına öhdəsindən gələ biləcəyi məsələ deyil. COP31 boyunca bu ortaq məsuliyyətin tələblərini yerinə yetirmək, ölkələr arasında dialoq və əməkdaşlığı gücləndirmək üçün çalışdıq. Hər bir danışıqlar eyni nəticə ilə yekunlaşmaya bilər. Hər gözlənti öz qarşılığını tapmaya bilər. Lakin bizim ortaq evimiz olan dünya naminə danışmaqdan, dinləməkdən və həll yolları axtarmaqdan heç vaxt vaz keçməyəcəyik”.

Niyə ümumi razılıq əldə olunmadı?

İlkin sənəddə “qalıq yanacaq” ifadəsinin yer almaması Avropa İttifaqına üzv ölkələrin narazılığına səbəb oldu. Avstraliyanın rəhbərlik etdiyi danışıqlar dalana dirəndikdən sonra Murat Kurum prosesə müdaxilə etdi. O, həm Avropa İttifaqının nümayəndələri, həm də ərəb ölkələri qrupu ilə görüşlər keçirdi. Hər iki tərəfin güzəştə getməməsi nəticəsində Kurum tərəfləri eyni danışıqlar masası arxasında bir araya gətirdi. Səudiyyə Ərəbistanının şahzadəsi fosil yanacaqlarla bağlı məsələnin əvvəlki COP sammitlərində istifadə edilmiş istinada uyğun şəkildə sənədə daxil edilməsini qəbul edərək müəyyən güzəştə getdi.

Lakin bu dəfə Avropa İttifaqı tərəfinin ticarət məsələsi ilə bağlı yeni etirazlar irəli sürdüyü bildirildi. COP31 Sədrliyi bütün tərəfləri dinləyərək razılıq əldə etmək mümkün ola biləcək üç ayrı mətn hazırladı. Lakin Avropa İttifaqı ölkələrinin güzəştə getməyən mövqeyi səbəbindən ümumi razılıq əldə olunmadı.

COP31 iş saatları üzrə rekord qırdı

COP31 ölkələr arasında razılıq əldə etmək məqsədilə aparılan danışıqlarda tarixi iş vaxtı rekorduna imza atdı. Sammitin ilkin bağlanış vaxtı 20 noyabr saat 18:00 olaraq müəyyən edilmişdi. Lakin tədbir yalnız 22 noyabr saat 19:34-də başa çatdı. Beləliklə, sammit nəzərdə tutulan vaxtdan 49 saat 34 dəqiqə gec yekunlaşdı. Bununla da 2019-cu ildə İspaniyanın paytaxtı Madriddə keçirilən COP25 zamanı qeydə alınmış təxminən 44 saatlıq rekord geridə qaldı.

Sammit 1,1 milyon kvadratmetr ərazidə keçirildi və 95 ölkənin dövlət və hökumət başçısı iştirak etdi, həmçinin 7 beynəlxalq təşkilatın rəhbəri qatıldı. Ümumilikdə sammitdə 102 yüksək səviyyəli lider iştirak etdi. 300-dən çox nazir sammitə qatıldı. Konfrans çərçivəsində 1500-dən çox panel müzakirəsi təşkil olundu.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri