Kim Çen İnin bacısından İsveçrəyə sərt ULTIMATUM
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şimali Koreya lideri Kim Çen İnin bacısı və Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin rəsmisi Kim Yo Çjon ölkənin Xarici İşlər Nazirliyinə Pxenyandakı İsveçrə diplomatik nümayəndəliyinin bağlanması məsələsini nəzərdən keçirməyi tövsiyə edəcəyini açıqlayıb.
Redaktor.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bu addıma səbəb İsveçrənin Sonqdo Beynəlxalq Uşaq Düşərgəsinə qarşı tətbiq etdiyi sanksiyalardır.
Kim Yo Çjon noyabrın 24-də yaydığı bəyanatda rəsmi Bernin bu qərarını kəskin tənqid edib:
"İsveçrə Konfederasiyasının KXDR-in dövlət suverenliyinə və vətəndaşlarının qanuni hüquqlarına hörmət etməmək mövqeyini açıq şəkildə ifadə etdiyi bir şəraitdə, münasibətlərin yaxşılaşdırılması bəhanəsi ilə Pxenyanda açılan İsveçrə diplomatik ofisinin mövcudluğu üçün əsas təbii olaraq yoxa çıxıb".
O, İsveçrənin bu qərarını dostcasına olmayan addım kimi qiymətləndirərək ölkəsinin suverenliyini pozduğunu vurğulayıb. KXDR rəsmisinin sözlərinə görə, Bernin addımları İsveçrənin xarici işlər naziri İqnazio Kassisin Pxenyana son səfəri zamanı dialoq və əməkdaşlığın inkişafı ilə bağlı əldə edilmiş razılaşmalara tamamilə ziddir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Noyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















