ABŞ və İranın İsveçrə görüşü təxirə salınıb
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vaşinqton və Tehran hələlik İsveçrədə ikitərəfli anlaşma memorandumu imzalamaq və texniki danışıqlara başlamaq planlarını yekunlaşdırmayıblar.
"Report" xəbər verir ki, ABŞ Vitse-prezidenti Cey Di Vensin rəsmi sözçüsü bu barədə iyunun 18-də jurnalistlərə məlumat verib.
"Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələlik dəqiqləşdirilməyib və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır. Lakin bu danışıqların təşkilati hissəsi heç vaxt sadə və proqnozlaşdırıla bilən olmayıb", - deyə məlumatda qeyd olunub.
Bəyanatda bildirilib ki, vitse-prezident Cey Di Vensin cümə günü ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb. Onun nümayəndəsi qeyd edib ki, Vaşinqton bu danışıqlara mümkün qədər tez başlamağı gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 İyun 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















