Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

ABŞ və İsrailin İran “hesablamalar”ı niyə dəqiq çıxmadı?

ABŞ və İsrailin İran “hesablamalar”ı niyə dəqiq çıxmadı?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“The Jerusalem Post” qəzetinin məlumatına görə, İsrail İranın raket qabiliyyətinin bərpası sürətindən “şoka düşüb”. Nəşr qeyd edir ki, ÇAXAL və xüsusi xidmət orqanları güclü və ardıcıl hava zərbələrindən İslam Respublikasının bu qədər tez “özünə gələcəyini” gözləmirdilər. Münaqişədən əvvəl Amerika mediası ABŞ kəşfiyyat xidmətlərinin də Tehranın Hörmüz boğazını bağlamaq imkanları ilə bağlı proqnozlarında yanlışlığa yol verdiklərini iddia edir. Analitiklərin xüsusi diqqət yetirdikləri əsas məsələ isə ABŞ-İsrail alyansının əsas səhvinin İranda siyasi qeyri-sabitliyə güvənmələri idi.

“The Jerusalem Post” bildirir ki, “aprel ayında baş verən böyük hərbi əməliyyatların bitməsindən 4 ay sonra İsrail Müdafiə Qüvvələri İranda yalnız ayrı-ayrı ərazilərdə deyil, həm də bölgədə, o cümlədən ballistik raket təhlükəsi ilə əlaqəli ərazilərdə təəccüblü dərəcədə sürətli bir bərpaya şahid olurlar".

Nəşrin məlumatına görə, əvvəllər İsrail Müdafiə Qüvvələrinin mütəxəssisləri əminliklə bildirirdilər ki, İrana vurulan ziyanın miqyası o qədər böyükdür ki, İslam Respublikası “illərlə” bu geriliyi aradan qaldıra bilməz. Qəzetin icmallarında hazırda bu hesablamaların yenidən nəzərdən keçirildiyi göstərilir.

Nəşr iddia edir ki, İranın sürətli bərpası həm İsrail Müdafiə Qüvvələri, həm də MOSSAD üçün sürpriz olub, amma İslam Respublikasının müdafiə sektoruna endirilən zərbələr nəticəsində dəymiş ziyanı təhlil etməkdən məhz hərbçilər məsul olublar.

Əgər İran ayda 100-300 raket istehsalına qayıda bilsə, 2027-ci ilin əvvəlinə və ortalarına qədər raket arsenalını 2025-ci ilin iyun ayı səviyyəsinə qaytaracaq. Eyni zamanda, qəzet xatırladır ki, İsrail hərbi rəsmiləri keçmişdə də oxşar səhv hesablamalar aparıblar. Məsələn, 2024-cü ilin oktyabr ayında İranın 20 mühüm hərbi sənaye obyektinə zərbə endirdikdən sonra İsrail Müdafiə Qüvvələri rəsmi Tehranın silah istehsalının bir il və ya daha çox ləngiyəcəyini iddia etmişdilər. Lakin, 2025-ci ilin əvvəlində İsrail tərəfi iranlıların yüksək sürətli ballistik raketlərin istehsal sürətini tam bərpa etdiklərini etiraf etməyə məcbur oldu.

Eyni şey 2025-ci ilin yayında İrana hücumdan sonra da baş verdi. O zaman ÇAXAL 100-ə yaxın hədəfi vurdu. Bombardmandan sonra İsrail ordusu yenidən bəyan etdi ki, İranın raket istehsalını bir neçə il geri atmağa nail olub. Lakin bir müddət sonra Tehranın sursat istehsalını bərpa etməyin yolunu tapdığı üzə çıxdı. “The Jerusalem Post” qəzetinin məlumatına görə, 2025-ci ilin iyun ayında İranın arsenalının 1300 raket olduğu təxmin edilirdisə, 2026-cı ilin fevral ayına qədər bu rəqəm 2500-ə çatdı.

ÇAXAL və ABŞ 2026-cı ilin 40 günlük müharibəsi zamanı da qarşılarına qoyduqları məqsədə çatdıqlarını bəyan etdilər. Alyans təxminən 30 min birgə hücum həyata keçirərək 2600-dən çox raket və hərbi-sənaye hədəfi vurduğunu açıqladı. Bu, 2025-ci il rəqəmlərindən 26 dəfə, 2024-cü il rəqəmlərindən isə 100 dəfədən çox idi.

ÇAXAL-ın zabitlərinin “The Jerusalem Post” qəzetinə verdiyi məlumata görə hərbi sənayenin böyükdən kiçiyə bütün elementləri məhv edilmişdi. Bəs İran 300 milyard dollar dəyərində zərərdən sonra raket arsenalını 2500 və ya daha çox raketə necə çatdırdı?

Beləliklə, İsrail Müdafiə Qüvvələri üç hücum seriyasından sonra ortaya çıxan vəziyyətdən aşağıdakı nəticəyə gəlib: məsələ İranın digər ərazilərin hesabına silahları tez bir zamanda bərpa etməsi üçün İsrailə məlum olmayan həll yolları tapması deyil, daha çox hədəfin olmasıdır. Bununla belə, İsrail rəsmiləri etiraf etməyə məcburdurlar ki, İran raket potensialını bərpa etmək üçün ixtiraçı yollar tapır.

“The Jerusalem Post” qəzetinin öyrəndiyi kimi, İsrailin yüksək vəzifəli müdafiə rəsmiləri indi açıq şəkildə deyirlər ki, İranın böyük bir hissəsi xarabalıqlar içində olsa da, Tehran raketləri və digər sursatları bərpa etmək üçün qeyri-standart həllər tapa bilir. Qəzet daha əvvəl yazırdı ki, İran İsrailin bütün hesablamalarını alt-üst edərək, buldozerlərlə görünməmiş sürətlə yeraltı raket şəhərlərinə yollar açır. Əlbəttə, söhbət məhv edilmiş silahlardan deyil, sadəcə təcrid olunmuş silahlara çıxışı bərpa etməkdən gedir.

İndi isə İsrail nəşri özünün mənbələrinə əsaslanaraq, yüksək vəzifəli İran rəsmilərinin açıqlamalarını təsdiqləyir: yeni silahlar gözləniləndən daha sürətli istehsal olunur. Tehranın nə qədər uzunmənzilli raket buraxdığı ilə bağlı müzakirələr hələ də səngimək bilmir: 500-ə yaxın, yoxsa 1000 ədəd? Hər kəs İslam Respublikasının illər boyu anbarlarda qalan arsenalla baş-başa qaldığını və yeni istehsal xətlərinin demək olar ki, işləməyəcəyini düşündüyü bir vaxtda, bu müzakirələr daha ciddi xarakter alır. İndi İranın ballistik raketlərinin yüksək sürətlə bərpası ilə bağlı yeni məlumatlar üzə çıxanda, arsenalın bərpa olunma tempi məsələsi müharibədən sonrakı silahların sayı məsələsini üstələyir.

Belə bir perspektiv, Hörmüz danışıqlarının statusundan və nüvə məsələsindən asılı olmayaraq, İsrail strategiyasına və bütövlükdə yeni hücuma ehtiyaca, eləcə də onun vaxtına təsir göstərəcək.

Qəzet yazır ki, buna alternativ olaraq, İsrail Donald Trampın məsələyə marağının olmadığını nəzərə alaraq, raket proqramına qəsdən göz yumub Tehranın nüvə təhdidini azaltmağa diqqət yetirə bilər.

Əslində, İslam Respublikasının sursat istehsalı ilə bağlı yanlış təhlillər və qiymətləndirmələr aparan yalnız İsrail xüsusi xidmət orqanları deyil. ABŞ və İsrail kəşfiyyat orqanları İrana qarşı hərbi hava zərbələrini planlaşdırarkən digər səhv hesablamalar da ediblər. Amerikalı “AEI” beyin mərkəzinin baş elmi işçisi Maykl Rubinin sözlərinə görə, Vaşinqton və Tel-Əviv İran raketlərinin dəqiqliyini və mənzilini lazımi qədər qiymətləndirməyiblər. Rubin yazır ki, xüsusilə, Tehranın ölkə sahillərindən təxminən 4 min kilometr məsafədə yerləşən Dieqo Qarsiyadakı ABŞ-Britaniya bazasına iki raket atması İran raketlərinin mənzilinin 50 faiz səhv hesablandığını göstərdi.

“AEI” eksperti həmçinin iddia edir ki, Vaşinqton İranın Yaxın Şərq dövlətlərinə zərbə endirmək əzmini də nəzərə almayıb. “Körfəzdəki ərəb dövlətlərində təhlükəsizlik infrastrukturuna zərbələr endirəcəyini bildirən İran silahlarının dəqiqliyi ilə bağlı ritorikasının boş olmadığını göstərdi. Bundan əlavə, Amerika kəşfiyyatının İslam Respublikasının Qətər və Oman kimi ölkələrdəki sənaye obyektlərinə və zonalarına zərbələrini proqnozlaşdıra bilməməsi də uğursuzluq idi", - deyə Rubin məqaləsində bildirir.

“CNN” də öz növbəsində bu ilin mart ayında Pentaqon və ABŞ Milli Təhlükəsizlik Şurasının “Amerikanın hərbi zərbələrinə cavab olaraq İranın Hörmüz boğazını bağlamaq istəyini əhəmiyyətli dərəcədə az qiymətləndirildiyini” bildirib.

Mixael Rubin hesab edir ki, ABŞ kəşfiyyatı səhv proqnozlarına və hesablamalarına görə məsuliyyət daşımalıdır. O, yazır: “ABŞ kəşfiyyat icması səhvləri gizlətməyi, öz agentlərinin maraqlarını qorumağı və müzakirələr zamanı günahı başqalarına ötürməyi sevir. Trampın günahlandırılmalı olduğu çox şey olsa da, Konqres nəzarət rolunda kəşfiyyat icmasının məsuliyyətdən yayınmasına imkan verməməlidir”.

Amma ABŞ kəşfiyyat orqanlarının bəzi proqnozlarının doğru çıxdığını da etiraf etmək lazım gəlir. Amma bu başqa bir məsələdir ki, hərbi-siyasi rəhbərlik onları qulaqardına vurdu. Məsələn, “The Washington Post” qəzetinin məlumatına görə, ABŞ Milli Kəşfiyyat Şurası müharibədən əvvəl iddia edirdi ki, hətta genişmiqyaslı hücum belə mövcud siyasi nizamın dağılmasına səbəb olmayacaq, İranda siyasi sistem və respublikada hakimiyyətin idarəetmə potensialı qorunub saxlanılacaq. Belə də oldu. Üstəlik, ABŞ və İsrail hava zərbələri fonunda İran cəmiyyəti daha da birləşdi. Bütün bunlar Amerika mediasında sənədləşdirilib. Bu birliyin parlaq simvolu ABŞ-İsrail təcavüzü zamanı öldürülən Ayətullah Əli Xamenei ilə vida mərasimi idi. Mərhum liderin dəfn mərasimi milyonlarla iranlının qatıldığı ümummilli həmrəyliyin nümayişi tədbirinə çevrildi.

Analitiklərin fikrincə, İsrail kəşfiyyatının əsas səhvlərindən biri İrana hücumdan sonra müxalifətin hakimiyyətə gələcəyinə dair əminlik yaratmaları idi. Daha əvvəl mediada Tel-Əvivin hətta ABŞ prezidenti Donald Trampı belə buna inandıra bildiyi qeyd edilirdi.

Elə buna görədir ki, ABŞ-ın “Foreign Policy” nəşrinin şərhçisi Hovard Frenç yazır ki, Amerika Birləşmiş Ştatları İranla aydın məqsədlər və ya strateji plan olmadan münaqişəyə girib. Müəllif İspan-Amerika filosofu və şairi Corc Santayanaya məxsus bir fikri xüsusi qeyd edərək yazır: “İnsan münasibətlərinin dəyişməz prinsiplərindən biri budur ki, kimlər keçmişi xatırlamırsa, onu yenidən təkrarlamağa məhkumdurlar”.

Hovard Frenç ABŞ Vyetnam müharibəsini xatırladaraq yazır ki, “Vyetnam müharibəsindən bəri ABŞ-da və dünyada çox şey dəyişib – böyük insan faciəsi və Amerika gücünün gözlənilməz süqutu. Lakin Vaşinqtonun həmin acınacaqlı münaqişədə nümayiş etdirdiyi idrak korluğu bu gün İranla müharibədə bir daha özünü tam şəkildə göstərdi. Üstəlik, İdrak korluğu daha da dərinləşib”.

Baş verən hadisələr göstərdi ki, ABŞ və İsrail kəşfiyyatı İrandakı daxili vəziyyəti əsla düzgün qiymətləndirməyib. Yanvar ayında İslam Respublikasında baş verən etirazlardan sonra minlərlə insan küçələrə çıxdıqda, hər iki ölkənin rəhbərliyi İran hökumətinin siyasətindən narazı olanların ölkəyə qarşı hərbi əməliyyatları dəstəkləyəcəklərini güman edirdilər. Amma bu baş vermədi.

Bəzi politoloqlar iddia edirlər ki, “baş nazir Netanyahu üçün vəziyyət və siyasi məqsədəuyğunluq daha vacib idi. Baş nazir İsraildə ona qarşı cinayət işi açıldığına görə siyasi mövqeyini qorumaq üçün İrana hücuma təhrik edib. Bu, yeganə səbəb deyil, amma aydındır ki, İrana endirilən zərbələr şəxsən onun və ətrafının xeyrinə olub. İndi onlar bunu kəşfiyyat xidmətlərinin səhv hesabladıqlarını iddia etməklə əsaslandırmağa çalışırlar”.

ABŞ-da bir çox siyasi analitik hətta İrana qarşı müharibənin əsasən Trampı ora sürükləyən Netanyahunun təxribatı olduğunu vurğulayır. Bununla onlar eyni zamanda bu vəziyyətdə Amerika kəşfiyyat orqanlarının məsuliyyətini şübhə altına alırlar.

"İran sahəsində ixtisaslaşmış və bu sahəyə cavabdeh olan Amerika xüsusi xidmət orqanları hansı səlahiyyətlərə malik idilər? Onlar “MOSSAD”-ın məlumatlarını nə dərəcədə yoxladılar? Bunun üçün kifayət qədər səlahiyyətləri var idimi? Bu kimi bir çox suallar var ki, onlar ABŞ siyasi elitasının nümayəndələri tərəfindən hələ də xüsusi xitmət orqanlarına ünvanlanır və cavabını gözləyir.

Amerikanın tanınmış siyasi şərhçiləri bu gün də dönə-dönə bildirirlər ki, planlaşdırma mərhələsindəki səhv hesablamalar nəticəsində ABŞ və İsrail bu müharibədəki məqsədlərinə heç vaxt nail olmayıb. Doğrudur, İran cəmiyyəti birləşib və Tehranın ballistik raketlər istehsal etmək gücü var. Bununla belə ABŞ-İsrail zərbələrinin və sanksiyalarının İran iqtisadiyyatına ciddi ziyan vurduğunu da inkar etmək doğru olmazdı. Bu, həm artan inflyasiyada, həm də artan işsizlikdə özünü göstərir. İqtisadi nəticələrin çox uzun müddət hiss olunacağı istisna deyil. Hətta müəyyən bir məqamda bu vəziyyətin ölkədə narazılıq dalğasına səbəb ola biləcəyi də mümkündür.

Amma Qərb mediasında çıxış edən hərbi və siyasi analitiklər, bir çox siyasətçi artıq ABŞ və İsrailin məqsədlərinə çatmaq üçün istifadə etdikləri bütün ənənəvi vasitələrinin tükəndiyi qənaətindədirlər. Onlar belə düşünürlər ki, ABŞ-İsrail koalisiyasının yeganə variantı İrana nüvə zərbəsi endirməkdir. Tramp administrasiyası buna gedəcəkmi? Bu isə çox ciddi sualdır. Yekunu əvvəlcədən bəllidir, bu, istənilən nəticəni verməyəcək.

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Avqust 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri