ABŞ və Kanadada marixuananın leqallaşdırılmasına etriaz etdi
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Britaniyalı müğənni Elton Con ABŞ və Kanadada marixuananın leqallaşdırılmasını bütün zamanların ən böyük səhvlərindən biri adlandırıb.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Time" jurnalına müsahibəsində danışıb.
“Mən bunu asılılıq hesab edirəm. O, başqa narkotik maddələrdən istifadəyə gətirir. Onun təsirində olanda düzgün düşünə bilmirsən. Mən onun təsirində olmuşam. Narkotik təsirində olan zaman insan dəhşətli qərarlar verir. Daha sonra nə qədər insanı incitdiyini xatırlamaq onu incidir. Amerika və Kanadada marixuananın leqallaşdırılması bütün dövrlərin ən böyük səhvlərindən biridir” deyə, musiqiçi bildirib.
Qeyd edək ki, Elton Con bir müddət əvvəl göz infeksiyası səbəbindən qismən kor olduğunu açıqlamışdı.
Baxış sayı:132
Bu xəbər 12 Dekabr 2024 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















