Icma.az
close
up
RU
“ABŞ və Rusiya qlobal ictimaiyyətə “həll yolları axtarılır” kimi görüntü vermək istəyir”

“ABŞ və Rusiya qlobal ictimaiyyətə “həll yolları axtarılır” kimi görüntü vermək istəyir”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Əbu-Dabi görüşü və danışıqlar fonunda proseslərə realist yanaşmaq daha düzgündür. Əbu-Dabi danışıqları dialoq cəhdindən daha çox siyasi jest kimi qəbul olunmalıdır. Tərəflər, xüsusilə ABŞ və Rusiya qlobal ictimaiyyətə “həll yolları axtarılır” kimi görüntü vermək istəyirlər. Diplomatik təmasların qorunması həm də region üçün strateji əhəmiyyət daşıyır. Çünki Yaxın Şərq ölkələri bu format vasitəsilə öz nüfuzunu qlobal səviyyədə artırmağa çalışır. Burda bir haşiyə açım ki, Davosda aparılan müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri qlobal elitaların düşüncəsində yeni xəttin müşahidə olunması idi. Müzakirələrdə konflikt və müharibələr üçün sülh çağırışlarından daha çox əsas vurğu münaqişələrin idarə olunması ilə risklərin azaldılmasına və eskalasiyanın qarşısının alınmasına yönəlmişdi. Fikirimcə bu, qlobal elitaların düşüncəsində baş verən psixoloji dönüş nöqtəsidir: sülh artıq “təbii vəziyyət” kimi qəbul edilmir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva söyləyib.

Y.Hacıyevanın bildirdiyinə görə, müzakirələrdə əsas vurğu təxminən “dialoq qələbədən üstündür” tezisi kimi səslənirdi və bu fikirlər humanist çağırışlardan daha çox praqmatik hesabdır: “Rusiya-Ukrayna müharibəsində qələbənin həddindən artıq baha gəlməsi, məğlubiyyətin isə qəbuledilməz olması göz önündədir. Məhz dialoq bu kontekstdə kompromis deyil, vaxt qazanmaq və ən pis ssenarini təxirə salmaq üçün vasitə kimi görünür. Ona görə də Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların keçirilməsi dialoq üçün yeni imkandır. Amma qeyd edim ki, hazırkı mərhələdə danışıqlardan müharibənin dayandırılması və ya genişmiqyaslı sülh sazişi gözləmək real deyil. Əsas ziddiyyətlər, xüsusilə ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və sanksiyalar üzrə mövqelər hələlik heç uzlaşmır və yaxınlaşmır. Daha çox humanitar məsələlər, gərginliyin idarə olunması və kommunikasiya kanallarının açıq saxlanması kimi mövzular müzakirə mövzusudur”.

O əlavə edib ki, bu baxımdan Əbu-Dabi görüşləri strateji dönüş nöqtəsi deyil, daha çox diplomatik təmasların qorunmasına xidmət edir: “Məhdud miqyasda müəyyən müsbət irəliləyişlərin – texniki razılaşmalar, gələcək danışıqlar üçün zəminin formalaşmasının mümkün olduğunu göstərən siyasi jestdir. Belə ki, tərəflərin əsas ziddiyyətlər üzrə, xüsusilə ərazi məsələləri və təhlükəsizlik zəmanətləri üzrə mövqelərin uzlaşması kimi bir hal izlənmir. Odur ki, Əbu-Dabi danışıqlarını sülhün başlanğıcı deyil, lakin münaqişənin tam dialoqsuzluq mərhələsinə keçməsinin qarşısını alan mühüm diplomatik addım kimi dəyərləndirirəm”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri