Icma.az
close
up
RU
İslamabad görüşü: “diplomatik həll yolları axtarılır”

İslamabad görüşü: “diplomatik həll yolları axtarılır”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-İsrail-İran müharibəsində gərginlik qalmaqdadır. Gərginliyin azalması istiqamətində növbəti danışıqlar baş tutub. Belə ki, 29-30 mart tarixlərində Pakistanın paytaxtı İslamabadda Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri arasında dördtərəfli zirvə görüşü keçirilib.

Bu cür görüşlər regionda gərginliyin azalmasına təsir edə bilər?

“Xalq Cəbhəsi” bu sual ətrafında millət vəkilləri vəö politoloqla müzakirə aparıb.

Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan xarici işlər nazirləri arasında İslamabadda keçirilən görüş dünya gündəmini zəbt edib: “Çox diqqəti çəkən bir görüş idi. Görüşdə əsas məqsəd İrana edilən hücum kontekstində müharibənin sona çatdırılması üçün diplomatik siyasi həll yollarının axtarılmasıdır. Mən bu görüşün əhəmiyyətini başa düşürəm, bu görüşün hədəflərə çatması baxımından spektik yanaşıram. Çünki birincisi görüşdə münaqişə tərəfləri olan ABŞ, İsrail və İran iştirak etmirdi. Bu, avtomatik olaraq bu görüşün əsas müharibə iştirakçıları olmadan müharibənin dayandırılmasına necə təsir etmək effektivliyini bir az sual altına qoyur. Yəni bunu xüsusi vurğulamaq lazımdır. Çünki münaqişə tərəfləri olmayan görüş nə qədər effektli ola bilər? Biz birinci bunu təhlil etməliyik. Ancaq hesab edirəm ki, bu görüşün əhəmiyyəti İran ətrafında gedən müharibənin sona çatdırılmasından daha çox bu dörd ölkənin öz suverenliyinə, təhlükəsizliyinə, milli maraqlarına uyğun şəkildə öz təhlükəsizliklərini təmin etmək ətrafında keçirilən məsələlər idi. Çünki artıq ABŞ-nin İsrail ilə birgə İrana qarşı başlatdığı hücumdan sonra Yaxın Şərq ölkələri Fars körfəzi ölkələrində olan amerikan bazaları həmin ölkələrin təhlükəsizliyini təmin edə bilmədi, əksinə, o ölkələrdə yerləşən ABŞ bazalarının mövcudluğuna görə həmin ölkələrə İran tərəfindən cavab raket zərbələri vuruldu və onlar üçün, Yaxın Şərq ölkələri, Farz körfəzi ölkələri üçün bu daha çox təhlükəsizlik yox, təhlükəlilik prinsipinə çevrildi”.

“Yaxın Şərq yeni reallıqla üz-üzə qalacaq”

Deputat hesab edir ki, bu görüşdə İrana edilmiş hücumdan daha çox yeni yaranmış reallıqlar kontekstində bu dörd ölkənin öz milli təhlükəsizliklərini, mənafelərini necə müdafiə edəcəkləri və bununla bağlı necə əməkdaşlıq edəcəkləri kimi məsələ müzakirə edilib: “Artıq Səudiyyə Ərəbistanı və Pakistan arasında bir “nüvə çətiri” sazişi razılaşdırılmışdı. Ora Türkiyə də üzv olmağa cəhd edirdi, ancaq müəyyən diplomatik, siyasi məsələlər var idi. Bu gün biz eyni zamanda Misir də daxil olmaqla dördlü bir platforma yaratdıqlarının şahidi oluruq. Bu bir daha göstərir ki, regionda yeni reallıq, amerikalıların müharibədən sonra düşəcəyi vəziyyət hesablanır. Əgər ABŞ həqiqətən də Yaxın Şərq körfəzində iflasa uğrayacaqsa, onda Yaxın Şərq tamamilə yeni bir reallıqla üz-üzə qalmış olacaq və bundan ötrü də ölkələr indidən müzakirələr aparırlar”.

“Önəmli olan münaqişə tərəflərinin razılığa gəlməsidir”

Politoloq Oqtay Qasımov bildirib ki, Pakistanın paytaxtı İslamabadda Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistan xarici işlər nazirlərinin görüşündə ABŞ-İsrail-İran savaşının durdurulması ilə bağlı məsələlər müzakirə olunub: “Belə ki, bu ölkələr savaşın durdurulması ilə bağlı təşəbbüs göstərib, vasitəçilik edirlər. Bu, əslində, həm ABŞ, həm də İran üçün kifayət qədər normal şans deməkdir. Çünki bu ölkələrin həm İranla, həm də ABŞ ilə kifayət qədər normal münasibətləri var. Hesab edirəm ki, tərəflər həm də onlara etimad edir. Bu təşəbbüs sülhə böyük töhfə verə bilər. Amma burada önəmli olan münaqişə tərəflərinin razılığa gəlməsidir. Əgər onlar öz aralarında müəyyən şərtlərlə razılığa gələcəklərsə, o zaman savaş dayana biləcək. Yəni təşəbbüs və niyyət müsbətdir, savaşın dayandırılmasına yönəlib və nəzərə alsaq ki, bu ölkələr regional gücdürlər, dünyada müəyyən təsir imkanları var, sayılıb-seçilən ölkələrdir. Bu baxımdan, əlbət ki, prosesə müsbət yöndən təsir etmək imkanına malikdir. Amma bir daha qeyd edirəm, əsas məsələ münaqişə tərəflərinin ortaq məxrəcə gəlməsi və razılaşma əldə olunmasındadır”.

Sülh arxitekturasının yenidən bərpası

Politoloq Aytən Qurbanova qeyd edib ki, İslamabadda Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri arasında baş tutan dördtərəfli görüş Orta Şərqdə gərginliyin azaldılması istiqamətində diqqətçəkən diplomatik təşəbbüsdür: “Bu təşəbbüs xüsusilə İranla bağlı artan gərginlik fonunda region dövlətləri arasında koordinasiyalı təhlükəsizlik və diplomatiya strukturunun formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Görüşün əsas məqsədi yalnız böhrana səbəb olan mənbələrinin neytrallaşdırılması deyil, eləcə də regional sülh arxitekturasının yenidən bərpasıdır. 2024–2025-ci illər ərzində Qırmızı dənizdə, Fars körfəzində və Qəzzada formalaşan siyasi dinamika göstərdi ki, Orta Şərqin sabitliyi qlobal enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və beynəlxalq hüququn gələcək effektivliyi üçün birbaşa strateji amildir”.

Qarşılıqlı balans siyasəti

A.Qurbanova bildirib ki, digər tərəfdən isə regionun əsas gücləri hesab olunan Türkiyə, Misir və Səudiyyə Ərəbistanı son illərdə müxtəlif taktiki fərqlərə baxmayaraq strateji səviyyədə qarşılıqlı balans siyasətinə üstünlük verirlər: “Türkiyə funksional liderlik konsepsiyası çərçivəsində regiondakı gərginliklərin dialoq yolu ilə azaldılmasını dəstəkləyir. Məhz bu baxımdan yanaşdıqda Ankaranın məqsədi həm öz iqtisadi və enerji təhlükəsizliyi ilə bağlı maraqlarını qorumaq, həm də regionun siyasi müstəqilliyini xarici güclərin hegemon təzyiqindən müdafiə etməkdir”.

Pakistanın tarazlaşdırıcı rolu

Politoloqun sözlərinə görə, Misir, eyni zamanda, ərəb dünyasının siyasi mərkəzlərindən biri kimi çıxış edərək rəsmi Tehranla münasibətlərin nəzarətli şəkildə normallaşmasının tərəfdarıdır: “Belə ki, Misir üçün prioritet İranın təsir imkanlarının regional proseslərdə, xüsusilə də Yəmən, Suriya və Livandakı siyasi proseslər vasitəsilə qeyri-sabitlik yarada biləcək səviyyəyə çatmamasını təmin etməkdir. Səudiyyə Ərəbistanı isə Çin vasitəçiliyi ilə 2023-cü ildə başlayan Tehran-Riyad yaxınlaşmasını real blok siyasətindən çox qarşılıqlı təhlükəsizlik zəmanəti kimi dəyərləndirir. Ona görə də İslamabaddakı danışıqlar rəsmi Riyad üçün də İranla əməkdaşlığın hansı institusional çərçivədə davam etdiriləcəyini müəyyənləşdirmək imkanı yarada bilər. Pakistan isə ev sahibi kimi həm İslam dünyasında nüfuzunu artırmağa, həm də Qərb-Şərq zolağında tarazlaşdırıcı rolunu gücləndirməyə çalışır. İslamabadın bu təşəbbüsdə vasitəçi mövqeyindən çıxış etməsi yalnız diplomatik deyil, eləcə də iqtisadi baxımdan strateji imkanlar yaradır”.

Konstruktiv diplomatiyanın bərpasına doğru mühüm addım

O əlavə edib ki, əgər danışıqlar Tehranla ər-Riyad, Ankara və Qahirə arasında davamlı təhlükəsizlik formatının əsasını qoyarsa, Orta Şərqdə qarşılıqlı asılılıq və enerji bazarlarında sabitlik bərpa oluna bilər: “Nəticə etibarilə, İslamabadda keçirilən dördtərəfli danışıqlar bir-birinə rəqib kimi görünən, lakin eyni zamanda, geosiyasi sabitlikdə ortaq maraqları paylaşan İslam dünyası dövlətləri üçün konstruktiv diplomatiyanın bərpasına doğru mühüm addımdır. Bu formatın uğuru yalnız İran ətrafında yaranan böhranın azalması deyil, həmçinin regional çoxqütblü təhlükəsizlik mexanizmi və iqtisadi əməkdaşlıq modelinin təşəkkülü ola bilər”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Aprel 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see324

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see225

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see222

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see175

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see168

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see166

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see160

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri