ABŞ Venesuela hakimiyyətini “terror təşkilatı” kimi tanıdı, neft tankerlərinin bloklanması ilə bağlı göstəriş verdi
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp sanksiyalara məruz qalan Venesuela mənşəli bütün neft tankerlərinin bloklanması barədə göstəriş verdiyini açıqlayıb.
Marja xəbər verir ki, ABŞ Prezidenti Tramp sosial şəbəkə hesabında paylaşım edərək Venesuela hakimiyyətini bir daha sərt şəkildə hədəf alıb.

Venesuela hakimiyyətini “xarici terror təşkilatı” kimi tanıdıqlarını qeyd edən Tramp, “Venesuela Cənubi Amerika tarixinin ən böyük donanması tərəfindən tam şəkildə mühasirəyə alınıb. Bu donanma getdikcə böyüyəcək və onlara indiyədək görmədikləri bir şok yaşadacaq,” - bildirib
Sözügedən mühasirənin Venesuelanın ABŞ-dən oğurladığını iddia etdiyi bütün neft, torpaq və digər aktivləri geri qaytarana qədər davam edəcəyini bildirən Tramp, “Bu səbəbdən bu gün Venesuelaya daxil olan və oradan çıxan sanksiyalara məruz qalan bütün neft tankerlərinin bloklanması barədə göstəriş verirəm,” ifadəsini işlədib.
Venesuelada Nikolas Maduro hakimiyyətinin “qanunsuz” olduğunu iddia edən Tramp, “oğurlanan” neft yataqlarından əldə edilən neftlə Venesuela hakimiyyətinin maliyyələşdirildiyini irəli sürüb.
ABŞ Prezidenti Tramp, “Amerika düşmən bir rejimin neftimizi, torpaqlarımızı və ya digər aktivlərimizi ələ keçirməsinə icazə verməyəcək. Bu aktivlərin hamısı dərhal Amerika Birləşmiş Ştatlarına qaytarılmalıdır,” - bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 17 Dekabr 2025 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















