ABŞ Venesuelanın yeni lideri qarşısında dörd tələb qoydu “Politico”
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Tramp administrasiyası Venesuelanın müvəqqəti lideri Delsi Rodrigesə qarşı dörd tələb irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Rodrigesdən narkotik qaçaqmalçılığının qarşısını almaq, İran və Kubadan olanlar da daxil olmaqla, Vaşinqtona düşmən ölkələrin agentlərini Venesueladan çıxarmaq gözlənilir.
Vaşinqton həmçinin Rodrigesdən ABŞ-nin düşmənlərinə neft tədarükünü dayandırmasını və Venesuelada azad seçkilərin keçirilməsini tələb edir.
“Politico”nun məlumatına görə, Tramp administrasiyası nəticə etibarilə Venesuelanın müvəqqəti liderindən azad seçkiləri təmin edərək istefa verməsini gözləyir.
Nəşr qeyd edib ki, Rodrigesin bu tələbləri yerinə yetirməsi üçün konkret bir müddət verilməyib. Lakin Tramp Venesuelada nizam-intizam bərpa olunana qədər prezident seçkilərinin keçirilməsinin mümkün olmayacağını bildirib.
Qəzet qeyd edib ki, Delsi Rodriges Nikolas Maduronun uzun müddətdir tərəfdarıdır və sosialist baxışlara malikdir. Buna baxmayaraq, qəzetin mənbələrinə görə, Vaşinqton onun ABŞ-nin tələblərini yerinə yetirəcəyinə əmindir.
Qeyd edək ki, bir gün əvvəl, yanvarın 5-də Delsi Rodriges Venesuelanın müvəqqəti prezidenti kimi and içib.
Bu mövzuda digər xəbərlər:“Politico”: Tramp Venesuela qarşısında dörd tələb irəli sürüb
06 Yanvar 2026 14:37
Venesuelanın yeni lideri o olacaq?
03 Yanvar 2026 16:26
ABŞ Qonsalesi Venesuelanın prezidenti sayır
20 Noyabr 2024 10:37
ABŞ dan Venesuelanın yeni liderinə 4 TƏLƏB İranın da adı ÇƏKİLİR
06 Yanvar 2026 13:51
ABŞ Venesuelanın gələcəyinə dair qərarların KONKRET
03 Yanvar 2026 21:55
Baxış sayı:65
Bu xəbər 06 Yanvar 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















