ABŞ vətəndaşı süni intellektdən vəkil kimi istifadə edib məhkəməni uddu
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ sakinləri vəkillər əvəzinə generativ süni intellekt vasitələrindən istifadə edərək, məhkəmələrdə qalib gəlməyə başlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, kirayə haqqını gecikdirdiyinə görə mobil evindən qovulmaq təhlükəsi ilə üzləşmiş amerikalı Linn Uayt məhkəmənin təyin etdiyi vəkillə işi uduzduqdan sonra ChatGPT neyron şəbəkəsinə və “Perplexity AI” xidmətinə müraciət etmək qərarına gəlib. Nəhayət, o, həm evini saxlamağa, həm də ilkin borcunu azaltmağa nail olub.
“Mən süni intellekt olmadan bu işi heç vaxt uda bilməzdim”, - deyə Uayt əlavə edib.
Bununla belə, AI şirkətləri müştəriləri öz xidmətlərindən qanuni məqsədlər üçün istifadə etməkdən çəkindirirlər.
NBC telekanalının bildirdiyinə görə, süni intellekt tərəfindən yaradılan məhkəmə sənədləri çox vaxt qeyri-dəqiqliklər və səhv qərarlar olur.
Buna baxmayaraq, bir çox hüquqşünaslar AI-ın öz peşəkar təcrübələrində tətbiqi perspektivləri ilə bağlı nikbindirlər.
Cənubi Kaliforniyada hüquqşünas olan Endryu Montezin sözlərinə görə, süni intellekt öz hüquqi təhlilini tamamilə əvəz edə bilməz, lakin bu, onun işini əhəmiyyətli dərəcədə sadələşdirə bilər.
Bu mövzuda digər xəbərlər:ABŞ “Qızıl Qübbə”də süni intellektdən istifadə edəcək
15 Avqust 2025 14:09
Süni intellektdən istifadə etməklə...
19 Yanvar 2025 23:55
ABŞ düşmən dronlarını vurmaq üçün süni intellektdən istifadə edəcək
05 Dekabr 2024 17:48
Süni intellektdən ən çox kişilər istifadə edib
30 Yanvar 2025 20:10
ABŞ də ata süni intellektdən istifadə edərək beş uşaq böyüdür
22 İyun 2025 03:34
Baxış sayı:70
Bu xəbər 09 Oktyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















