ABŞ vitse prezidenti: Görüş çox yaxşı keçdi
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın vitse-prezidenti JD Vens İranla aparılan danışıqların müsbət nəticələr verdiyini və mühüm irəliləyiş əldə olunduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Vens qeyd edib ki, danışıqlar uzun saatlar davam edib və İran tərəfi prosesdən çəkilməyib. Onun sözlərinə görə, tərəflər arasında bir sıra vacib məsələlər üzrə yaxınlaşma əldə olunub.
ABŞ vitse-prezidenti bildirib ki, Tehran nüvə müfəttişlərinin ölkəyə girişinə icazə verməyə, dondurulmuş aktivlərlə bağlı məsələlərin həlli üçün mexanizmlər yaratmağa və atəşkəs rejiminin idarə olunmasına dair addımlar atmağa razılıq verib.
Vens həmçinin Hörmüz boğazında sabitliyin qorunması üçün xüsusi mexanizmlərin nəzərdən keçirildiyini, texniki danışıqların isə qarşıdakı günlər və həftələr ərzində davam edəcəyini deyib. O əlavə edib ki, nüvə yoxlamaları ilə bağlı müzakirələrə yaxın günlərdə start verilə bilər.
“İranla danışıqlar çox yaxşı keçdi və çox yaxşı irəliləyiş əldə edildi”, – deyə, Vens vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 İyun 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















