Aİ seçicilərinin yarıdan çoxu seçkiyə gedəcək: Avropada güc balansı necə dəyişəcək?
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Növbəti 12 ay ərzində Avropa İttifaqı (Aİ) ölkələrində seçicilərin yarıdan çoxu siyasi qüvvələr nisbətini dəyişə biləcək seçkilərdə səs verəcək.
Sherg.az xəbər verir ki, “The Guardian” Aİ-nin ən böyük beş ölkəsindən dördündə keçiriləcək seçkiləri təhlil edib.
Məlumata görə, İspaniya, Fransa və Polşada keçiriləcək seçkilər ifrat sağın hakimiyyətə gəlməsi ehtimalını artırır. İtaliyada isə Baş nazir Giorgia Meloninin rəhbərlik etdiyi sağ koalisiyanın hakimiyyəti qoruyacağı gözlənilir.

İspaniya: Ölkədə 29 noyabrda növbədənkənar parlament seçkiləri keçiriləcək. Sorğulara əsasən, hakim Sosialist İşçi Partiyası (PSOE) və Sumar birlikdə parlamentdə çoxluğu əldə edə bilməyə bilər. Bu halda sağ mərkəzçi Xalq Partiyasının (PP) ifrat sağçı “Vox”un dəstəyinə ehtiyac duyması mümkündür.
Fransa: Prezident seçkilərinin ilk turu 18 aprel, ikinci turu isə 2 may 2027-ci ildə keçiriləcək. Emmanuel Makron iki prezidentlik müddətini tamamladığı üçün namizəd ola bilməyəcək. Sorğular ifrat sağçı Milli Birlik partiyasının lideri Marine Le Penin ikinci tura çıxacağını göstərir.
Polşa: Parlament seçkiləri 11 noyabr 2027-ci ildə keçiriləcək. Sorğular Hüquq və Ədalət Partiyasına (PiS) dəstəyin azaldığını göstərsə də, səslərin daha sağda yerləşən “Konfederasiya” kimi partiyalara yönəldiyi bildirilir.

İtaliya: Parlament seçkilərinin ən geci 22 dekabr 2027-ci ilədək keçirilməsi nəzərdə tutulur. Giorgia Meloninin hakimiyyəti qoruyacağı gözlənilsə də, onun hökuməti özündən daha sağda mövqe tutan qüvvələrin təzyiqi ilə üzləşir. Emekli general Roberto Vannaccinin yaratdığı “Futuro Nazionale” partiyasının reytinqi də diqqət çəkir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Noyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















