ABŞ vitse prezidenti İranla yeni müqavilə imzalayıb?
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranla münaqişəyə son qoyulması istiqamətində danışıqların ikinci həftəsinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Axios”un mənbələrə istinadən yaydığı məlumata görə, danışıqların əsas məqsədi yeni atəşkəs razılaşmasına nail olmaq və Tehranla nüvə dialoqunu bərpa etməkdir. Bununla belə, prosesin ləng irəlilədiyi, lakin müəyyən nəticələrin əldə olunduğu bildirilir.
ABŞ Prezidenti Donald Tramp Tehranla təmasları təsdiqləyib. Lakin eyni gün ABŞ ordusu Hörmüz boğazında yerləşən İranın Qeşm adasındakı yer-hava raket buraxılış qurğusuna zərbə endirib. Bildirilib ki, hücum ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarəyə həmin ərazidən raket atılmasına cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, “Fox News”un məlumatına görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları noyabrın 9-da bərpa edə biləcəyi ehtimal olunur.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 07 Noyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















