Icma.az
close
up
RU
ABŞ Yaxın Şərqdə niyə tək qalıb? ŞƏRH

ABŞ Yaxın Şərqdə niyə tək qalıb? ŞƏRH

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

“Yaxın Şərqdəki müharibənin ağırlıq mərkəzi artıq Hörmüz boğazı ətrafında yaranmış situasiyanın üzərinə yönəlir. Çünki Hörmüz boğazı dünya iqtisadiyyatı üçün olduqca önəmli, vazkeçilməz bir faktordur. Dünya bazarlarına çıxarılan neft məhsullarının beşdə biri bu boğaz üzərindən daşınır. Ona görə də hazırda Hörmüz boğazından təhlükəsiz istifadənin təmin olunması məsələsi artıq yalnız hansısa dövlətlərin deyil, bütövlükdə dünya iqtisadiyyatının gələcəyini müəyyən edə biləcək məsələdir”.

Bunu Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi.

Müsahibimiz vurğuladı ki, ABŞ-yə dünya dövlətləri tərəfindən bir çox müraciətlər olunub ki, Hörmüz boğazında təhlükəsizlik təmin olunsun:

“Amma ABŞ təkbaşına buna nail ola bilmir. Ona görə də Donald Tramp administrasiyası NATO üzrə müttəfiqlərinə müraciət edib. Ancaq NATO üzrə müttəfiqlər də Tramp administrasiyasının bu müraciətlərinə müsbət cavab verməkdən yayınırlar. Çünki Hörmüz boğazında situasiya olduqca təhlükəlidir və heç bir dövlət, o cümlədən NATO üzvü olan ölkələr bu məsələyə qarışmaq istəmir”.

Elçin Xalidbəylinin fikrincə, Hörmüz boğazındakı situasiyaya müdaxilə NATO üzvü olan dövlətləri sonradan Yaxın Şərqdəki savaşın iştirakçısına çevirə bilər:

“Ona görə də dövlətlər ehtiyat edirlər və Yaxın Şərqdəki savaşın iştirakçısı olmaq istəmədiklərinə görə Tramp administrasiyasının müraciətlərinə mənfi cavab verirlər. Bu da onu göstərir ki, situasiyanın daha da gərginləşmə ehtimalı tamamilə realdır. Hələlik anlaşılan ondan ibarətdir ki, NATO üzrə müttəfiqlər ABŞ-ni Yaxın Şərqdəki savaşa münasibətdə demək olar ki, tək buraxıblar. ABŞ faktiki olaraq Yaxın Şərqdə savaş bataqlığına düşüb və indi bu situasiyadan da məhz təkbaşına çıxmaq məcburiyyətindədir”.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Mart 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri