Icma.az
close
up
RU
ABŞ yə getmək istəyənlərə pis xəbər: Yeni miqrasiya qaydaları Azərbaycana da təsir edəcək?

ABŞ yə getmək istəyənlərə pis xəbər: Yeni miqrasiya qaydaları Azərbaycana da təsir edəcək?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp “Üçüncü Dünya” ölkələrindən immiqrasiyanı tamamilə dayandıracağını bəyan edib. O, bunun Amerika sisteminin “tam bərpa olunması” üçün vacib olduğunu, təhlükəsizlik riski daşıyan, Qərb dəyərlərinə uyğunlaşmayan və ölkəyə töhfə verməyən bütün şəxslərin deportasiya ediləcəyini bildirib. Trampın açıqlaması həm daxildə, həm də beynəlxalq müstəvidə ciddi müzakirə yaradıb.

Trampın bəyanatı nə dərəcədə real siyasətə çevrilə bilər? Bu siyasət Azərbaycan və ümumiyyətlə region ölkələrindən ABŞ-a miqrasiya ilə bağlı hansı dəyişikliklərə səbəb ola bilər? 

Moderator.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, Donald Trampın “Üçüncü Dünya ölkələrindən immiqrasiyanı tam dayandırmaq” bəyanatı siyasi baxımdan sərt səslənsə də, real və tam şəkildə həyata keçməsi bir sıra hüquqi və siyasi məhdudiyyətlərlə üzləşə bilər:

“ABŞ qanunvericiliyinə görə prezident müəyyən ölkələrdən və ya müəyyən kateqoriya insanların girişini məhdudlaşdıra bilər, çünki ABŞ immiqrasiya qanunvericiliyinin (Immigration and Nationality Act – INA)

 8 U.S.C. §1182(f) maddəsi prezidentə milli təhlükəsizlik məqsədləri ilə belə qərarlar vermək səlahiyyəti tanıyır.

Arayış: Bu maddənin mətni mahiyyətcə belədir:

Əgər Prezident hesab edirsə ki, müəyyən bir xarici vətəndaşın və ya onların hər hansı kateqoriyasının ABŞ-a girişi ölkənin maraqları üçün zərərlidir, o zaman Prezident bu şəxslərin girişini tamamilə dayandıra və ya istədiyi restriksiyaları tətbiq edə bilər. Qanun prezidentə bu qadağanı istədiyi müddətdə qoymaq hüququ verir.

Sadə dillə desək, prezident “ABŞ-ın maraqları” üçün təhlükə yaradığını düşündüyü istənilən ölkə, qrup və ya kateqoriya üzrə giriş qadağası tətbiq edə bilər”.

Ekspert hesab edir ki, qadağa müvəqqəti və ya mənbəyi konkret göstərilmiş şəkildə ola bilər:

“Bu maddə Trampın 2017–2018-ci illərdəki məşhur “Travel Ban” siyasətinin hüquqi əsasını təşkil etmişdi.

Ali Məhkəmə 2018-ci ildə bu maddənin prezidentə çox geniş səlahiyyət verdiyini təsdiqlədi. Bu maddə prezidentə çox geniş səlahiyyət versə də, qadağanın konstitusiyaya uyğunluğu, diskriminasiyaya yol verib-verməməsi və əsaslandırılması məhkəmələr tərəfindən yenə də araşdırıla bilər.

Tramp 2017–2018-ci illərdə bəzi ölkələrə qarşı səyahət qadağası tətbiq etmişdi və bu, Ali Məhkəmə tərəfindən müəyyən çərçivədə təsdiqlənmişdi. Bu isə o deməkdir ki, müəyyən ölkələrə qarşı məhdudiyyətlər qoymaq hüquqi baxımdan mümkündür.

Bununla belə, “Üçüncü Dünya ölkələri” kimi geniş və qeyri-müəyyən kateqoriyanın hamısına qarşı ümumi qadağa tətbiq etmək həm Konstitusiya, həm də məhkəmə nəzarəti baxımından problemli olardı. ABŞ qanunlarında “Üçüncü Dünya” kimi rəsmi kateqoriya mövcud deyil. Əgər qadağa çox geniş, diskriminativ və əsaslandırılmamış görünərsə, məhkəmələr tərəfindən bloklanması mümkündür. Bundan əlavə, humanitar qanunlar, beynəlxalq müqavilələr və Konqresin potensial müqaviməti də belə siyasətin tam şəkildə həyata keçməsini çətinləşdirə bilər”.

Akif Nəsirli qeyd edib ki, bu cür siyasət qəbul olunsa, Azərbaycan və ümumilikdə region ölkələri üçün də təsirlər qaçılmaz ola bilər:

“İlk növbədə viza prosesi çətinləşə, təhlükəsizlik yoxlamaları artırıla və daha çox müraciət rədd edilə bilər. Tələbə vizaları, iş vizaları və immiqrasiya vizaları üzrə sənəd toplama, araşdırma və gözləmə müddəti uzana bilər. Ümumilikdə belə bir siyasət regiondan ABŞ-a miqrasiyanı ciddi şəkildə məhdudlaşdıra bilər, baxmayaraq ki, tam qadağa praktik olaraq az ehtimal olunur.

Nəticədə, Tramp administrasiyası müəyyən ölkələrə qarşı daha sərt və seçmə məhdudiyyətlər tətbiq edə bilər, lakin bütün “Üçüncü Dünya ölkələri” üçün tam və qlobal miqrasiya yasağı həm hüquqi, həm beynəlxalq, həm də siyasi baxımdan davamlı ola bilməz. Azərbaycan vətəndaşları üçün isə ən real təsir – viza prosesinin daha çətin, daha uzun və daha sərt yoxlamalı olması ola bilər”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see175

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri