Icma.az
close
up
RU
ABŞ yə poçtla göndərilən bütün bağlamalar açılacaq Trampdan Çinə qarşı yeni qərar

ABŞ yə poçtla göndərilən bütün bağlamalar açılacaq Trampdan Çinə qarşı yeni qərar

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin yeni administrasiyası maliyyə auditini davam etdirir, xərcləri azaldır, dövlət strukturlarında ixtisarlar aparır, üstəgəl, əlavə gəlirlər əldə etmək məqsədilə rüsumları artırır.

Bu dəfə Prezident Donald Trampın göstərişi ilə ABŞ-nin poçt xidməti ölkəyə daxil olan bağlamaların qəbulunu ciddi nəzarət altına alıb. Bu qərara qədər ABŞ-yə 800 dollar dəyərində göndərilən bağlamalar gömrük rüsumlarından azad idi. Bu bağlamalar nəzarət altına alınmır, maneəsiz ABŞ-yə daxil olurdu. Bundan sonra ABŞ gömrükçüləri və sərhədçiləri bütün bağlamaları açmaq və yoxlamaq səlahiyyətlərinə malik olacaqlar.

“CNN” televiziya kanalının məlumatına görə, yoxlamalar bağlamaların ünvana çatdırılmasını ləngidəcək. Bu qadağalar Çinin elektron kommersiyası ilə məşğul olan şirkətlərin fəaliyyətinə mənfi təsir edəcək. Buna qədər həmin şirkətlər milyonlarla bağlamaların ABŞ-yə çatdırılmasından böyük gəlirlər əldə edirdilər.

Donald Trampın ABŞ-də suveren sərvət fondlarının yaradılmasına yol açan fərman imzalaması da diqqət mərkəzindədir. Bu fərmana görə ABŞ Maliyyə Nazirliyi və Ticarət Departamentinə fondun təsis edilməsi üçün lazımi addımları atmağa imkan verir. Tramp, ABŞ-nin böyük potensiala sahib olduğunu və belə bir fonda ehtiyacı olduğunu vurğulayıb. Tramp “TikTok” platformasının satın alınmasında da bu fondun rol oynaya biləcəyini qeyd edib. ABŞ-də formalaşacaq sərvət fondlar Çinin dövlət investisiya vasitələrinə güclü rəqibə çevriləcək. Şanxaydakı Fudan Universitetinin Amerika Araşdırmaları Mərkəzinin professoru Xin Qiangın fikrincə, təklif olunan fond formalaşarsa, bu, Çinin suveren investisiya platformasını hədəfə çevirə bilər.

Bu arada, ABŞ-nin günəş enerjisi və akkumulyator sistemləri təchizatçısı olan “Enphase Energy” şirkəti Çindəki fəaliyyətini dayandırmaq qərarını verib. Donald Trampın Çinə qarşı başlatdığı ticarət müharibəsi adı çəkilən şirkəti çalışdığı ölkəni tərkinə məcbur edib. Çünki şirkət rəhbərliyinin qənaətinə görə, ABŞ-nin Çinə tətbiq edəcəyi yüksək tariflər şirkətin Çindəki akkumulyator istehsalına da mənfi təsir edəcək. Bu səbəbdən şirkət Çindəki istehsalını qonşu ölkələrdən birinə körürmək barədə qərar verib. Şirkət rəhbərliyi istehsalı konkret hansı ölkəyə köçürəcəklərini açıqlamasa da, bu elə bir ölkə olmalıdır ki, ABŞ-nin yüksək tariflərinə məruz qalmasın.

(Atlas Araşdırmalar Mərkəzi)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Fevral 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see177

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri