Icma.az
close
up
RU
ABŞda son qırğınları törədənlər xüsusi təyinatlılar imiş Orduda nə baş verir?

ABŞda son qırğınları törədənlər xüsusi təyinatlılar imiş Orduda nə baş verir?

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da 15 nəfərin öldüyü hücumların hər ikisinin arxasında ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin üzvləri olduğu üzə çıxıb. Ölkədə aparılan yeni araşdırmalara görə, əsgərlər arasında psixi pozğunluqlar və zorakılığa meyl 40 faiz artıb. ABŞ-da ixtisaslaşmış klinikaların yarısı aktiv və ya istefada olan hərbçilər tərəfindən doldurulur.

Publika.az xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun açıqlamalarına görə, hər iki hücumun səbəbkarları ABŞ Ordusunun Xüsusi Qüvvələr Birliyinin üzvləridir. Las Veqasda hücumu həyata keçirən Metyu Livelsbergerin Əfqanıstan, Tacikistan, Konqo, Gürcüstan və Ukraynada xüsusi təyinatlılar kimi əməliyyatlarda iştirak etdiyi və 5 dəfə “Bürünc Ulduz” medalı ilə təltif edildiyi məlum olub.

Son vəzifə yeri Almaniya olan Livelsbergerin hücumdan əvvəl məzuniyyət götürüb ABŞ-a gəldiyi də bildirilir. Digər tərəfdən, Yeni Orleanda hücum həyata keçirən Şəmsəddin Cabbarın uzun illər xüsusi təyinatlı əsgər kimi xidmət etdikdən sonra ABŞ ordusundan bir müddət əvvəl təqaüdə çıxdığı ortaya çıxıb. ABŞ Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyinin birgə hazırladığı hesabatda bütün dünyada haqqında danışılan hadisələrin pərdəarxası açıqlanıb.

Hesabata görə, orduda psixi pozğunluqlar və zorakılıq halları 40 faiz artıb. İntihar nisbətlərinin 5 dəfə artdığını ortaya qoyan hesabata görə, ABŞ-dakı ruhi xəstəlik klinikalarının demək olar ki, yarısında aktiv və ya istefada olan əsgərlər var.

Sözügedən hesabata görə, ABŞ ordusunda, xüsusilə də xüsusi təyinatlılarda psixi pozğunluqların nisbəti 2019-2023-cü illər arasında 40 faiz artıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Səhiyyə Nazirliyinin birgə məlumatlarına görə, ən çox artım müşahidə edilən hallara travma sonrası stress pozğunluğu və narahatlıq pozğunluqları diaqnozu qoyulub.

İki nazirliyin birgə hesabatına görə, ruhi pozğunluqların artmasının ən böyük səbəbi “COVID-19” prosesi zamanı təcrid ehtiyacı olduğu müəyyən edilib. Müharibənin və qarşıdurmaların insanların psixi sağlamlığına mənfi təsirlərinə toxunan hesabatda əsgərlərin evə qayıtdıqdan sonra özlərini tənha və təcrid olunmuş hiss etdikləri, uyğunlaşa bilmədikləri də üzə çıxıb.

2023-cü ilin məlumatlarına görə, ABŞ-da psixiatriya klinikaları və xəstəxanalarındakı çarpayıların 54,8 faizi aktiv və ya istefada olan hərbçilərlə dolu idi. 2019 və 2023-cü illər arasında ordunun dörd qolundan 541 min 672 fəal personala ən azı bir psixi sağlamlıq pozuntusu diaqnozu qoyulub. Bu rəqəmin 47 faizi (təxminən 255 min nəfər) birdən çox psixi sağlamlıq problemindən əziyyət çəkir.

Hesabata görə, psixi sağlamlıq pozğunluqları ən çox gənc əsgərlər, qadın şəxsi heyət və quru qoşunlarının şəxsi heyətində baş verir. Dəniz Qüvvələri depressiv xəstəliklər, bipolyar və şəxsiyyət pozğunluğu problemlərindən ən çox əziyyət çəkən ordu qoludur.

Buna görə də ordunun psixi pozğunluğu olan şəxsi heyətinə verdiyi dəstək kifayət qədər deyil. Lazımi dəstək və qayğı göstərilmədiyi təqdirdə şiddətli davranışların da artacağı ilə yanaşı, personalın intihara meylliliklərinin də çoxalması diqqətə çatdırılır. Bu məsələlərin ABŞ-da baş verən iki hücumdan sonra ortaya atılması da diqqət çəkir.

Hesabatda intihar hallarının təqaüdçü və veteran hərbi qulluqçular arasında daha çox olduğu da vurğulanır. 2021-2022-ci illər arasında təqaüdçü və veteran əsgərlər arasında intihar nisbətinin 17,6 faiz olduğu göstərilir. 2023-cü ildə bu nisbətin 6 faiz artdığına diqqət çəkən hesabata görə, hərbi mənsubları zorakılıq hərəkətlərinə sürükləyən digər ruhi xəstəliklər belə sıralanır: kəskin stress pozuqluğu, mülki həyata uyğunlaşma pozuqluğu, alkoqolizmlə əlaqəli pozğunluqlar, narkotik maddə istifadəsi ilə bağlı pozğunluqlar, bulimiya nervoza və digər psixi xəstəliklər.

Aysel Şahmar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://publika.az
archiveBu xəbər 10 Yanvar 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri