ABŞdə təyyarə qəzaya uğrayıb, ölənlər var AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Kolorado ştatında “Cessna 182” tipli yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “NBC” televiziyası məlumat yayıb.
Axtarış-xilasetmə uçuşu həyata keçirən təyyarə Boulder şəhərindən təxminən 77 km şimalda qəzaya uğrayıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Təyyarədə mülki hava patrulunun könüllüləri olub. Bir pilot və fotoqrafı ölüb, ikinci pilot ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbi barədə məlumat verilmir. Səlahiyyətlilər baş verənlərlə bağlı araşdırmalara başlayıb.

