ABŞdən nüvə doktrinası açıqlaması Rusiyaya hansı cavab veriləcək? AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Rusiya doktrinasının yenilənməsinə cavab olaraq öz nüvə doktrinasını dəyişmək niyyətində deyil. Bu barədə ABŞ Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının çərşənbə axşamı yaydığı bəyanatda deyilir.
"Rusiyanın nüvə doktrinasını yenilədiyi barədə açıqlaması bizi təəccübləndirmir. Moskva bir neçə həftədir ki, bu barədə siqnallar verir. Rusiyanın nüvə qüvvələrinin konfiqurasiyasında heç bir dəyişiklik aşkar etmədiyimiz üçün biz öz nüvə qüvvələrimizin konfiqurasiyasını dəyişdirmək üçün heç bir səbəb görmürük. Rusiyanın bəyanatlarına cavab olaraq nüvə qüvvələri və ya nüvə doktrinası dəyişdirilməyəcək”, - bəyanatda qeyd olunur.
Pentaqonun sözçüsü Sabrina Sinq də oxşar şərh verib. O, Kremlin bəyanatlarını “məsuliyyətsiz ritorika” adlandırıb və əlavə edib ki, ABŞ “Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamətə malik deyil və biz öz nüvə mövqeyimizi dəyişməyə ehtiyac görmürük”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 20 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















