Abşeron Rayon Mərkəzi Xəstəxanasının qeydiyyat bölməsində yeni xidmət istifadəyə verilib
Icma.az bildirir, 525.az portalına istinadən.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının qeydiyyat bölməsində yeni "Həkimdən həkimə yönləndirmə" xidməti istifadəyə verilib.
525.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova "Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar" adlı təlimdəki çıxışında deyib.
Z.Ədilova bildirib ki, yeni sistem vətəndaşların elektron növbə götürmədən bir həkimin qəbulundan digər ixtisaslı həkimin qəbuluna birbaşa keçidini təmin edir:
"Xidmət, xüsusilə, fizioterapiya göndərişləri zamanı daha geniş tətbiq edilir. Belə ki, vətəndaş ilkin olaraq elektron növbə alaraq ixtisaslı həkimin qəbuluna daxil olur. Əgər həkim pasiyenti fizioterapiyaya yönləndirirsə, vətəndaş yenidən qeydiyyat və növbə prosedurlarından keçmədən "Həkimdən həkimə" yönləndirmə masasından birbaşa xidmətə yönləndirilir".
Onun sözlərinə görə, həmçinin ilkin müayinə aparan həkim pasiyenti başqa bir ixtisas üzrə mütəxəssisə göndərdikdə də vətəndaşın elektron növbə götürməyinə ehtiyac qalmır:
"Xəstə sadəcə "Həkimdən həkimə" yönləndirmə masasına yaxınlaşaraq növbəti həkimin qəbuluna operativ şəkildə yönləndirilir".
Baxış sayı:71
Bu xəbər 08 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















