Icma.az
close
up
RU
Abşeron Sanatoriyası və Sağlamlıq Mərkəzi yenidən istifadəyə verildi FOTO

Abşeron Sanatoriyası və Sağlamlıq Mərkəzi yenidən istifadəyə verildi FOTO

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 1-də mədə-bağırsaq sistemi üzrə ixtisaslaşmış Abşeron Sanatoriyasının nəzdində əsaslı təmirdən çıxmış Sağlamlıq Mərkəzinin açılışı baş tutub.

Globalinfo.az xəbər verir ki, üç mərtəbədən ibarət olan bu yeni mərkəzdə pasiyentlərin müalicəsi üçün geniş imkanlar yaradılıb.

Mərkəzin strukturu və funksionallığı:

1-ci və 2-ci mərtəbələrdə müalicəvi prosedurların həyata keçirilməsi üçün geniş şərait yaradılıb. Burada aşağıdakı istiqamətlər üzrə xidmətlər təqdim olunur:

Banyoterapiyaa və ümumi fizioterapiya Elektromaqnit terapiyası Lazer və ultrasəs terapiyası Spakapsulalar (azonspan), quru hidromassaj, akva terapiya və digər masaj texnologiyaları.

3-cü mərtəbədə müasir otel şəraitinə uyğunlaşdırılmış 9 otaq fəaliyyətə verilib. Onlardan biri ailəvi “Family Suite”, digərləri isə “Superior” kateqoriyalı otaqlardır. Hər bir otaqda yüksək komfort və beşulduzlu otellərə uyğun şərait yaradılıb.

“Kurort” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Çingiz Hacıyev Abşeron mədə-bağırsaq profilli sanatoriyaya təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında deyib ki, yeni mərkəz yalnız fizioterapevtik xidmətlərlə məhdudlaşmır:

“Burada həmçinin qastroenteroloji və uroloji istiqamətlərdə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bu məqsədlə aşağıdakı avadanlıqlar mərkəzə cəlb edilib:

Həmçinin oxuyun:

Prezidentlə xanımı Şuşa və Xocalıda… – FOTOLAR+VİDEO

BTL şirkətinin istehsalı olan əmsələ cihazı Çanaq əzələlərinin məşqi üçün nəzərdə tutulmuş avadanlıqlar.

Bu və digər yüksək texnologiyalı avadanlıqlar vasitəsilə mərkəzə müraciət edən pasiyentlər mədə-bağırsaq və uroloji sahələrlə yanaşı ümumi bərpa prosedurlarından da faydalana biləcəklər”.

Çingiz hacıyev sanatoriyanın ərazisi və imkanları haqda da danışıb:

Abşeron Sanatoriyası ümumilikdə 19 hektar ərazidə yerləşir. Geniş park zonası ilə əhatələnmiş bu məkan, eyni zamanda müalicə və istirahəti bir arada təqdim edir. Qonaqlar burada sağlamlıqlarını bərpa etməklə yanaşı, sakit və komfortlu mühitdə dincəlmək imkanı da əldə edirlər. Aberon Sanatoriyasında həm göndərişli, həm də göndərişsiz xidmət imkanı mövcuddur. Yəni göndərişi olan şəxslər burada yerində müalicə ala bilər, göndərişi olmayan istənilən şəxs isə sanatoriya-kurort müalicə paketlərini satın alaraq həm müalicə ala, həm də istirahət edə bilər”.

Ç.Hacıyev vurğulayıb ki, son aylarda Abşeron Sanatoriyası ilə yanaşı digər sanatoriyalarda da təmir və yenidənqurma işləri həyata keçirilir:

“Bağlı olan sanatoriyalar Sanitariya Cəmiyyətinin rəhbərliyi altında əsaslı şəkildə yenilənir və müasir yaşayış, müalicə şəraiti ilə təmin olunur. Ötən ay Bilgəhdə yeni inşa olunmuş korpus istifadəyə verilib.- Eyni zamanda, yeməkxana və xidmət sahələri yenilənərək fəaliyyətə başlayıb. Növbəti mərhələdə digər sanatoriyalarımız, o cümlədən Günəşli və Qaranquş sanatoriyalarının yeni korpusları da müasir şəraitlə təmin ediləcək. Yaxın vaxtlarda yeni sanatoriyamızın xidmətləri genişləndirilərək qonaqlarımızın istifadəsinə veriləcək. Bu, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən strateji tədbirlərin mühüm hissəsidir. Təmir işləri ilə yanaşı, xidmət keyfiyyətinin artırılması məqsədilə tibb və xidmət sahəsində çalışan personal üçün davamlı təlimlər təşkil olunur. Həkimlərin ixtisasartırma kurslarında iştirakı təmin edilir. Yeməkxana və təmizlik sahəsində çalışan əməkdaşlar da peşəkarlıq səviyyələrinin artırılması üçün müvafiq təlimlərə cəlb olunurlar.

Bütün bu tədbirlər sayəsində yaxın gələcəkdə təqdim olunan xidmətlərdə köklü dəyişikliklər gözlənilir. Bu, son dövrdə KKS-nin fəaliyyətində həyata keçirilən sağlamlaşdırma, yeniləmə və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətindəki mühüm addımlardan biridir”.

Zaira Akifqızı 
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Avqust 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri