Icma.az
close
up
RU
“Abşeron” yatağından 2029 cu ilədək hasil ediləcək qazın həcmi açıqlanıb

“Abşeron” yatağından 2029 cu ilədək hasil ediləcək qazın həcmi açıqlanıb

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Abşeron” qaz yatağında hasilat 2028-ci ilin sonunadək illik 5 milyard kubmetrə çatacaq.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə müsahibəsində bildirib.

2024-cü ildə “Abşeron” yatağından 0,6 milyon ton kondensat, 1,5 milyard kubmetr qaz hasil edilib. Bu ilin yanvar-aprel aylarında isə bu yataqdan 0,2 milyon ton kondensat və 0,5 milyon kubmetr təbii qaz çıxarıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov aprel ayında bildirib ki, 2023-cü ildə “Abşeron” yatağında hasilata başlanılıb və birinci mərhələdə 1,5 milyard kubmetr qaz çıxarılıb.

"Hazırda SOCAR, "Total" və ADNOC yatağın tam işlənməsi üzərində çalışırlar. 2025-ci ildə yekun investisiya qərarının (FID) qəbul ediləcəyi gözlənilir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Fransanın “TotalEnergies” və SOCAR 10 iyul 2023-cü ildə yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başlandığını elan ediblər. Hazırda yatağın işlənməsinin ikinci mərhələsi üzrə “Front End Engineering Design” (FEED) mərhələsinə start verilib. Bu mərhələdə hasil olunacaq qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.

2023-cü ilin avqustunda ADNOC, SOCAR və “TotalEnergies” ilə “Abşeron” yatağında 30 %-lik iştirak payının alınması barədə saziş imzalayıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km cənub-şərqdə yerləşən "Abşeron" yatağı “JOCAP - Absheron Petroleum” birgə əməliyyat şirkəti tərəfindən istismar olunur. Yataqdan ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində əldə edilib.

2023-cü ilin avqust ayında Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “TotalEnergies” ilə "Abşeron" yatağında ümumilikdə 30 % iştirak payının alınması haqqında saziş imzalayıb. “TotalEnergies” və SOCAR-ın hər birinin layihədə payı 35 % təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyun 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri