Icma.az
close
up
RU
Anım Günü Abşeronda da qeyd edildi Fotolar

Anım Günü Abşeronda da qeyd edildi Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Xalqımızın şanlı qələbəsi ilə başa çatan və 30 illik vətən həsrətinə döyüş meydanında son qoyulan 44 günlük Vətən Müharibəsinin ilk günü – 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, Abşeron rayonunda da Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimiz dərin ehtiramla anılıb.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Xırdalan şəhərində şəhidlərinin xatirəsinə ucaldılan Xatirə Kompleksini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirələrini ehtiramla yad ediblər.

“Anım Günü”nə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Daha sonra Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan və Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, ordumuzun şücaəti ilə xalqımızın qələbə qazandığını bildirib. Bununla da Azərbaycanımızın ərazi bütövlüyünün və süverenliyimizin tam bərqərar olunuğunu, Qarabağa yenidən həyatın qayıtdığını söyləyən RİH başçısı hazırda işğaldan azad olunan ərazilərdə soydaşlarımızın azad və firavan yaşadığını bildirib.

Sonra Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini bundan sonra daima fəxr və iftixar hissi ilə xatırlayacaq. Bu şanlı tarixin hər zaman böyük fərəh və iftixar hissi ilə öyrəniləcəyini vurğulayan çıxışçılar bildirib ki, Vətən Müharibəsində qazanılan qələbə ilə Azərbaycan öz adını qalib ölkələr sırasına yazdırıb.

Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək şanlı qələbəmizdən, Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaətdən söz açıblar. Onlar qazanılan qələbəyə, o cümlədən ölkəmizdə şəhid ailələrinə, ümumilikdə müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra “Anım Günü” ilə əlaqədar şəhidlərin əziz xatirəsinə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında, o cümlədən rayonun digər kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilmişdir.

Onu da qeyd edək ki, “27 sentyabr - Anım Günü” ilə əlaqədar Abşeron rayonunun kənd və qəsəbələrində yerləşən bütün şəhidlər xiyabanlarında və xatirə komplekslərində abadlıq işləri görülmüş, şəhidlərimimiz ziyarət edilərək xatirələri yad edilib.















Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri