Icma.az
close
up
RU
Abşeronda 20 noyabr Ümumdünya Uşaq hüquqları Günü qeyd edilib

Abşeronda 20 noyabr Ümumdünya Uşaq hüquqları Günü qeyd edilib

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Uşaq hüquqları günü və hüquqi müdafiə” mövzusunda geniş tərkibli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xırdalan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində uşaqlara həsr olunan sərgiyə baxış keçirilib. Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şahidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək tədbirin əhəmiyyətindən və zərurətindən danışıb. O qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilib. Ölkəmizdə uşaqların hüquqların dövlət sdəviyyəsində qorunduğunu qeyd edən G.Rəhimova vurğulayıb ki, bu gün də bu siyasət Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sosial durumlarının yaxşılaşdırılması, onların təhsil sahəsində inkişafının təmin edilməsi istiqamətində Heydər Əliyev Fondu tərəfindən çoxsaylı layihələr həyata keçirildiyini qeyd edən G.Rəhimova bildirib ki, Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun Vitse-Prezidneti Leyla xanım Əliyeva tərtəfindən bu istiqamətdə çoxsaylı təşəbbüslər irəli sürülüb və bunlardan Azərbaycan övladları faydalanmışdır.

Sonra Abşeron RİH-nin Hüquq şöbəsinin müdiri, RİH yanında UHMK-nın sədri Rəşad Qubadov geniş məruzə ilə çıxış edib. O bildirib ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Qeyd edilib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin tarixi 100 ildən də çoxdur. Hələ XX əsrin əvvəllərində uşaq hüquqlarının qorunması ilə bağlı dövrün maarifpərvər və xeyriyyəçiləri, sahibkarları və onların həyat yoldaşları tərəfindən bir sıra mühüm addımlar atılmışdı. O dövrdə Bakı xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Uşaqlara hamilik cəmiyyəti” də mövcud olmuşdur. Bu cəmiyyətin hesabatlarında çoxlu maraqlı faktlara rast gəlmək olar. Uşaq sığınacaqlarının materiallarının təhlili Azərbaycan mentaliteti üçün olduqca mühüm bir faktı ayırmağa imkan verir. Azərbaycanın görkəmli ictimai xadimi Həsən bəy Zərdabi Bakı şəhər dumasının qlasnısı (deputatı) kimi yetim uşaqlara yardım məsələsinə dair çıxış edərkən, azərbaycanlı ailələrin bu xüsusiyyətini vurğulamışdı. O çıxışında bildirmişdir ki, “müharibənin iki ili ərzində sığınacaqdakı 300 uşağın arasında bir nəfər də olsun azərbaycanlı balasına rast gəlinməmişdi. Bu faktı onunla izah etmək olar ki, azərbaycanlılarda yetim uşaqlar qohumları tərəfindən himayə altına alınıb tərbiyə olunurdu və heç vaxt yetimxanaya, yaxud da sığınacaqlara verilmirdi”. 

R.Qubadov qeyd edib ki, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olmuşdur, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Həmin siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir, belə ki, 22 dekabr 2008-ci ildə Prezident İlham Əliyevin xüsusi Sərəncamı ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilmiş, eləcə də uşaq hüquqları ilə bağlı çoxsaylı dövlət proqramları həyata keçirilmiş və davam etdirilməkdədir.

Bildirilib ki, Azərbaycan Respublikasının birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur. Xüsusilə də “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.

R.Qubadov Abşeron rayonunun göstəriciləri ilə bağlı danışarkən vurğulayıb ki, 2025-ci ilin 10 ayı ərzində rayon üzrə ümumillikdə 1055 boşanma faktı qeydə alınıb. Məhkəməyə 709 aliment tələbi, 46 aliment artırılma tələbi, 23 aliment azaldılma tələbi, 13 övladlığa götürmə tələbi, 47 atalıq faktının təyin olunması üzrə iddia tələbi ilə müraciətlər daxil olub. O, eyni zamanda xüsusi vurğulayıb ki, Abşeron Rayon İcra Hakimiyyətinə 10 ay ərzində nikah yaşının azaldılması ilə bağlı müraciət edilməyib.

Bundan sonra panel müzakirələr başlayıb. Bu zaman Baş Prokurorluğun CTKİ idarəsinin böyük prokuroru Elşad Ağayev, DİN-in Baş İT İdarəsinin YYÇ-lə profilaktik işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev, Ailə, Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq şöbəsinin müdiri Cəmilə Bağırova, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə çıxış edərək uşaq hüquqları istiqamətində görülən işlərdən, uşaq hüquqlarının təmin olunması və mövcud vəziyyət, hüquqi baza və müasir yanaşmalar, dövlət və içtimai qurumların dəstək mexanizmləri, risk qurupunda olan uşaqların qorunması istiqamətində fəaliyyət, kibertəhlükəsizlik və uşaqların müdafiəsi üçün qabaqlayıcı tədbirlər, məktəb psixoloqları və  sosial işçilərin rolu mövzuları ətrafında danışıb, iştirakçıların suallarını cavablandırıblar.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sərdi, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhidlərdən bizə əmanət qalan övladlarına, ümumuilikdə qəhrəmanlarımızın ailələrinə çox böyük diqqət və qayğı göstəririlir. Onlar həyatlarının hər bir anlarında dövlətin himayəsini, diqqətini hiss edirlər. O, bütün bunlara görə şəhid ailələri və övladları adından Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see276

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see264

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see251

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see194

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see164

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see149

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see139

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see134

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri